"SƏNGƏRƏ YAXINLAŞANDA MƏNƏ TƏRƏF İKİ QUMBARA TULLADILAR"
FÜZULİ ALMƏMMƏDOVUN HOÇAZ XATİRƏLƏRİ
III HİSSƏ
(əvvəli bu linkdə)
Hücumu başa çatdırmaq üçün əlavə qüvvələr kimi mayor Zəfərin batalyonu bizim müdafiə səngərlərinə göndərildi. Burada dayanmağın hər anı itki ilə başa gəlirdi. Buna baxmayaraq qayaların üstünə əsgərləri səpələyib artilleriya hədəfinə tuş etmək təcrübəsizlikdən başqa bir şey deyildi. Mayor Zəfər həddindən artıq əsəbi idi. Qışqırmaqla öz təcrübəsizliyini ört- basdır etməyə çalışırdı. Əsgərlərini öz əmrlərini ancaq və ancaq qaçaraq icra etməyə məcbur edir, hər hansı bir nöqsan hiss edəndə silahı əsgərə çevirib, atəş belə açmaqdan çəkinmirdi. Yüksək səs ilə ucadan qışqıraraq özündən başqa bir kəslə məsləhətləşməzdi. Ədalət komandir rota kimi özünə məxsus olan səngərləri gəzir, tez-tez yanımızda olurdu.
Gecə HOCAZda bərk duman oldu. Göz-gözü belə görmürdü.. Səhər tezdən mayor Zəfər təngnəfəs halda yanımıza gəldi. Hərəkətlərində yarı ciddi aktyorluq olan bu adam "tələsik hücuma kecməliyik" dedi....
"ƏDALƏT ERMƏNİLƏRİN SƏNGƏRİNİ KEÇİB DÜZ ONLARIN İÇİNƏ GİRMİŞDİ"
...Polislər və dağın Hoçaz kəndi istiqamətində olan qüvvələr artıq dağda olan bir- neçə erməni səngərini ələ kecirmişdilər. Tank hücuma hazır vəziyətə gətirilmişdi. Mayor Zəfər tabeliyində olan əsgərlərə "irəli!" əmri verdi.
Qatı duman elə bil ki, bu hücumu gözləyirmiş. ƏDALƏT özündən kənara belə aralanmayan rəhmətlik TEYMURla bizim yanımıza gəldi. Vəziyyəti izah edib "getdik" dedi.
Biz yol ilə, Zəfərin batolyonu isə dağın üstü ilə hərəkətə başladıq. Tankın lüləsi saga-sola cox çətinliklə döndüyündən karlı bir iş aşıracağına gümanımız da yox idi. Mayor Zəfər isə elə hey "vperyod!" deyib qışqırırdı...
Rəhmətlik Ramiz də hücumda idi. ƏDALƏT qabaqda getdiyindən düz ermənilərin səngərlərindən keçib içərilərinə girmişdi.
MUSTAFAYEV ƏDALƏT: "ALDADILDIĞIMIZI BİLİB ÖZÜMÜZÜ QAYALIQDAN ATDIQ"
Ədalətin dediklərini diqqətinizə çatdırıram.
"Mən qabağıma çıxan erməniləri elə bildim Kİ, Laçın polisləridir. Onların tankları işə salınmışdı.
Erməniyə "tankı vurun, nə gözünüzü döyürsünüz" dedim. Onlar bizim hücuma gəldiyimizi bilib, bizi diri tutmaq istəyirdilər. Ermənilər bizi atəşə tutdular.
TEYMURU vurdular. Yanımda adı ALLAHVERDİ olan əsgər də erməninin birini vurdu. Mən aldadıldığımızı, polislər tərəfindən heç bir hücumun olmadığını anladım. Yanımdakı yoldaşımla birgə özümüzü qayalıqdan atdıq...
"BİZ ERMƏNİ SƏNGƏRİNƏ TƏRƏF QALXDIQ"
Ədalətin qabaqda ermənilərin icinə gedib girməsi məntiqlə bizi aldadıb plansız olaraq hüçuma göndərmənin nəticəsi idi. Ola bilsin ki, burada bizim də bilmədiyimiz nəsnələr var və bunu komandirlərimiz bizdən daha yaxşı bilərlər...
Beləcə biz lap meşənin içinə kiimi getdik. Qarşıdan, erməni səngərlərindən ara -sıra atılan atəş səslərinə elə də diqqət vermirdik. Axşam dağa çökmüş qatı duman isə elə bil hücumu gözləyirmiş. Biz düşmən tərəfə irəlilədikcə duman çəkilməyə başladı. Mayor Zəfərin batalyonu dağın üstü ilə sepşəkilli ayaqüstə arxayınca irəliləəyirdilər . Kəlbəcərdən olan Qoşqar, mən, Həsənquluyev Vüqar, onu da qeyd edim ki, ƏDALƏT İmanı hücuma getməyə qoymadı, Zəfərin batalyonundan bir əsgərlə yoldan birinci erməni səngərinə tərəf qalxdıq.
"SƏNGƏRƏ YAXINLAŞANDA MƏNƏ TƏRƏF İKİ QUMBARA TULLADILAR"
Duman təmiz çəkilmişdi. Bizim əsgərlərin dağın üstü ilə hərəkətləri aydın görünürdü. Ancaq erməni tərəf hələ atəş açmır, daha da yaxınlaşmağımızı gözləyirmiş. Ermənilərin birinci səngərinə çatanda mən Vüqargilə dedim ki, siz yolun içində dayanın, mən səngərə yaxınlaşım, gorüm orada erməni var, ya yox. Mən səngərə yaxınlaşanda gördüm ki, hündürlükdən üstümə dalbadal iki qumbara atıldı. Qumbara partlamamış cəd geriyə, uşaqlar olan yerə tərəf qaçdım. Arxamca atılan qumbaralar yolun qırağında, uçurumun başında partladılar. Qəlpəniin biri mayor Zəfərin əsgərlərindən biriinin kürəyinə girdi. Mənim isə burnumun yanından zəif yaraladı. Aldadılmışları ermənilər şıddətlı atəşlə qarşıladılar. Mayor Zəfər bizi düşmən üstünə göndərəndə özü dərhal arxaya qaçdı. Bizim əvvəlki səngərlə, ermənilər arasında 15 əsgər uzanmış vəziyyətdə idi. Mən, Ooşqar və Vüqar yaralıya kömək edib güçlü atəş altında bir necə saata öz əvvəlki mövqelərimizə qayıda bildik. Ermənilərin artilleriya atəşləri hətta yaralıları belə arxaya göndərməyə belə imkan vermirdi. Mayor ZƏFƏR isə yoxa cıxmışdı...
(ardı var)
İGİD TEYMURLU
Versus/Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...