Dənizdəki partlayışda yaralananların vəziyyəti...

10:46 30-10-2019 | icon 310 | Cəmiyyət
Dənizdəki partlayışda yaralananların vəziyyəti...

Xəzər dənizində qayıqda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərdən 2-si palataya köçürülüb.

 

Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan Vəliyev Azər Vaqif oğlu və Paşayev Rafiq Bəhruz oğlunun vəziyyəti stabilləşib və onlar palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alan digər yaralı Xəlilov Böyükağa Məmmədağa oğlunun isə vəziyyəti sabit ağır olduğundan müalicəsi reanimasiya şəraitində davam etdirilir.

 

Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

 

Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür