"Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı sanksiya tələb edir"

11:19 04-11-2019 | icon 103 | Siyasət
"Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı sanksiya tələb edir"

“Milli Şura” adlanan qurumun rəhbəri Cəmil Həsənli nə qədər vicdanını, nə qədər şərəfini, insanlığını itirib ki, gedib ABŞ-da öz dövlətinə, öz xalqına, öz iqtisadiyyatına qarşı ayrı-ayrı dövlətlərdən sanksiya tətbiq edilməsini tələb edir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıtdı və bununla bağlı Azərbaycan tərəfi də dövlət səvviyyəsində öz mövqeyini bildirdi:

 

“Ancaq çox təəssüf ki, belə bir ümummilli məsələ olduğu halda, bütün türkdilli dövlətlərin, qardaş Türkiyənin yanında olmaq əvəzində Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirir. Onun görüşdükləri adamlar arasında isə erməni və ermənipərəstlər var idi. Cəmil Həsənli hansı başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?! Həqiqətən də öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən heç bir şəxs bunu etməzdi.

Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan dövləti, Azərbaycan xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?".

 

C.Osmanovun sözlərinə görə, Cəmil Həsənli bir daha göstərdi ki, bu insanlar Azərbaycanı sevmirlər, Azərbaycan xalqı, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları düşündürmür:

 

"Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirilər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər.

Təbii ki, Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən baykot olunur. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır