“Odlar Yurdu” Avropa Kubokunda

14:12 04-11-2019 | icon 109 | İdman
“Odlar Yurdu” Avropa Kubokunda

Monteneqronun Ultsin şəhərində 10-16 noyabr tarixlərində 35-ci şahmat üzrə klublararası Avropa Kuboku yarışı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, kişilərin yarışında Avropanın 68 komandası çıxış edəcək.

 

İlk dəfə təsis olunmuş “Vüqar Həşimov” komandası məhz bu yarışda debütünü reallaşdıracaq. Komandamızın heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə iştirak edəcək.

 

Həmçinin, Rauf Məmmədovun rusiyalı həyat yoldaşı, 2015-ci ildə 20 yaşadək qızlar arasında dünya çempionu olmuş Nataliya Buksa da bu komandada – kişilərin yarışında çıxış edəcək. Yeddi turdan ibarət olan yarışda komandamız Avropa çempionatının reytinqinə görə 14-cü komandasıdır (2484 xal).

 

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov reytinqinə görə Avropanın bir nömrəli komandası olan Makedoniyanın “Alkaloid” klubu (2706) adından çıxış edəcək. O, birinci lövhədə oynayacaq. Nicat Abbasov 18-ci komanda olan Avstriyanın “Rayka Rapid” klubunda (2447) bir nömrəli şahmatçı qismində mübarizə aparacaq.

 

Qadın klubların yarışında isə 14 komanda yarışacaq. Yenə də SOCAR-ın sponsoru olduğu “Odlar Yurdu” komandası ölkəmizi təmsil edəcək. Komandamız 2383 xalla reytinqinə görə altıncıdır. Heyətdə Avropa üçüncüsü olan şahmatçılarımızdan Türkan Məmmədyarovanı onun böyük bacısı Zeynəb əvəzləyəcək. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədova yenə iş başında olacaq.

 

Qeyd edək ki, yeddi turdan ibarət olacaq yarışın hakimlərindən biri 1992-ci ilin Avropa üçüncüsü İlahə Qədimovadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK