Xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

20:53 09-11-2019 | icon 334 | Siyasət
Xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, 2019-cu il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci, 5-ci, 18-ci, 61-ci və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

 

F.Abdullayevin sözlərinə görə, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və Cinayət Məcəlləsinin müvafiq normalarının mənası baxımından belə qənaətə gəlib ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız ölkəmizin Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır. Həmçinin qeyd edilib ki, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz:

 

“Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar cinayət işi üzrə istintaq apararkən təqsirləndirilən şəxsin ölkə daxilində, həmçinin xarici dövlətlərdə əvvəllər cinayət törətməsi və məhkumluğunun olub-olmaması faktının müəyyən edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür