Hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, noyabrın 13-ü axşamdan 17-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Versus.Az

Xəbər lenti

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib
"Tam gücümüzlə bələdiyyə və növbədənkənar parlament seçkilərinə hazırlaşırıq, uğur qazanacağımıza da inanırıq"
DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək
"Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq"
"AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil..."
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu
"Rəsmi kanallar çərivəsində irəliləyiş olmasa..."
"Münaqişə həll olunandan sonra ermənilərlə Qarabağda sülh şəraitində yaşamağa hazırıq"
Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir
Sabah yağış yağacaq
ALDP seçkilərlə bağlı qərarını verdi
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib
Filarmoniyada anım gecəsi təşkil olunub
YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Xəstəxanada yanğın
Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
İrəli
