Sənaye parklarının vergilərdən azad edilmə müddətinin uzadılmasına etiraz

14:18 14-11-2019 | icon 511 | İqtisadiyyat
Sənaye parklarının vergilərdən azad edilmə müddətinin uzadılmasına etiraz

“Vergi sistemində çox ciddi islahatlar həyata keçirilib və bu, öz bəhrəsini verməkdədir. Vergi Məcəlləsinə əqdlərlə bağlı dəyişikliyi müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, hər zaman mübahisə obyekti olub. Doğurdan da yalan əqdlər bağlamaqla, heç bir əmtəə, mal, xidmət olmadan kağız vasitəsilə müəyyən vəsaiti silmək, əlavə dəyər vergisini gizlətmək adi hallara çevrilib. Bunun qarşısını almaq üçün Vergilər Nazirliyinin təqdim etdiyi məsələ çox vacibdir və qəbul olunmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov bildirib. O bildirib ki, dövlət büdcəsinin təxminən 4 milyard manatdan çox vəsaiti ƏDV-dən daxil olur:

“ƏDV-də inzibatçılığın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələ də Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb”.

 

Deputat sənaye parklarının 7 il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz edib:

“Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq? Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. SOCAR Sumqayıtda müəyyən sənaye parkları yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin texnoparklar normal işləsin”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür