Daha beş komanda AVRO-2020-yə vəsiqə qazanıb


AVRO-2020-nin seçmə mərhələsində şənbə və bazar günü keçirilən qarşılaşmalarla daha beş komanda dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatının finallarına vəsiqə qazanıb.
Versus.Az xəbər verir ki, şənbə günü keçirilən qarşılaşmalardan sonra Almaniya, Hollandiya, Xorvatiya və Avstriya milliləri dörd ildən bir keçirilən qitənin ən ali yığma komanda turnirində iştirak etmək hüququ əldə edib.
Dünən isə Portuqaliya Lüksemburq səfərindən 2:0 qalib ayrılmaqla Ukraynanın ardından B qrupunun ikincisi kimi bu şansa nail olub.
Xatırladaq ki, daha öncə İngiltərə, Çexiya, Ukrayna, İspaniya, İsveç, Polşa, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya bu hüquqa yiyələnmişdi. Beləliklə, AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı 17-yə çatıb.
Bu gün D qrupunda daha iki iştirakçının adına aydınlıq gələcək. Bunlardan birinin xalsız olan autsayder Cəbəlüttariqlə görüşən İsveçrənin olacağı ehtimal edilir. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq İrlandiya – Danimarka oyununun qalibi ikinci iştirakçını müəyyənləşdirəcək. Danimarkalılara heç-heçə də sərf edir.

Xəbər lenti

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır
"Xalqa yaxın olmaq və "yeni başlanğıc" üçün mən də seçkiyə qatılacam" "Müxalifətin parlament seçkilərində iştirakı vacibdir.
HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ
Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq
BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
İrəli
