AQTA Şamaxı rayonunda sahibkarlarla görüş keçirib

16:44 29-11-2019 | icon 553 | İqtisadiyyat
AQTA Şamaxı rayonunda sahibkarlarla görüş keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Versus.Az xəbər verir ki, AQTA əməkdaşları Şamaxı rayonunda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndinin icrası ilə əlaqədar olaraq ixracatçılarla görüş keçiriblər.

 

Agentliyin şöbə müdiri Əkbər Əliyev kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması istiqamətində Strateji Yol Xəritəsində nəzərdə tutulan işlər haqqında sahibkarlara məlumat verib.

 

Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndində sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların təmin edilməsi nəzərdə tutulub. Məlumat verilib ki, həmin bəndə əsasən ixrac məhsullarının beynəlxalq bazarların tələblərinə uyğunlaşdırılması üçün sertifikatlaşdırma sistemi təkmilləşdiriləcək, həmçinin beynəlxalq sertifikatların alınmasında ixracatçı fermerlərə dəstək veriləcək.

 

Sonda sahibkarların sualları cavablandırılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür