“Nəsimi” bədii filminin surdo-tərcümə versiyasının təqdimatı olub

02:25 30-11-2019 | icon 695 | Film
“Nəsimi” bədii filminin surdo-tərcümə versiyasının təqdimatı olub

“Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdo-tərcümə versiyasının təqdimatı tədbiri (Park Cinema Flame Towers) keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti olmayan şəxslər iştirak ediblər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, xüsusilə də Prezident cənab İlham Əliyevin imzaladığı 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam həmin insanlara göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsini təmin edib. Sərəncam nazirliyin sifarişi ilə sosial xidmət layihələri üzrə yaradılan, günərzi xidmət və reabilitasiya yönümlü mərkəzlərin sayının 3,5 dəfədən çox artmasına imkan verib. Hazırda 200-ə yaxın belə mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə sosial xidmətlər göstərilir.

 

H.Abdullayev eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatdırıldığını deyib. Bildirib ki, qanunvericliyə təklif olunan yeni dəyişikliklərdə eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub. Yəni televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də qarşıda duran işlər sırasındadır.

 

Aparat rəhbəri qeyd edib ki, “Nəsimi” bədii filminin surdo-tərcümə versiyasının hazırlanması Prezident cənab İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə bağlı aparılan işlərə bir töhfə məqsədi daşıyır. Eyni zamanda, bu layihə eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların informasiyaya əlçatanlığının təmin olunmasına bir dəstəkdir.

 

Daha sonra “Nəsimi” bədii filminin surdo-tərcümə versiyası təqdim edilib.

Qeyd edək ki, filmin surdo-tərcümə versiyası nazirliyin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanıb. Filmin surdo-tərcümə versiyası disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərə təqdim olunacaqdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür