Baş ağrısına səbəb olan 10 QİDA

07:57 03-12-2019 | icon 588 | Sağlamlıq
Baş ağrısına səbəb olan 10 QİDA

Baş ağrısı stress, yorğunluq, xəstəliklər, hava, aclıq səbəbindən yarana bilər. Eləcə də qidalar, yemək də baş ağrısı triqqeri, yəni tətikləyici səbəblər siyahısına daxildir.

 
 
Tədqiqat fondunun miqren, baş ağrısında qida triqqerlərinin rolu barəsində araşdırmasında bildirilir ki, dünya əhalisinin 10%-i qida triqerlərinə qarşı həssasdır. Lakin miqrenə konkret olaraq hansı qidanın səbəb olmasını tapmaq çox çətindir. Hər insana müxtəlif qidalar təsir edir.
 
 
Versus.Az Medicina.az-a istinadən miqren və baş ağrısı yaratması daha çox güman edilən qidaları təqdim edir:
 
 
1. Kofein tərkibli içkilər – çay, kofe, kapucino, kola
 
Mütəmadi miqren və baş ağrıları olan insanların tədricən kofein tərkibli içkiləri azaltması göstərdi ki, 92% hallarda baş ağrısı itib. Əgər uşaqlarda baş ağrıları çox olursa, deməli onlar kofein çox qəbul edir.
 
2. Bəzi pendir növləri – feta, mosarella, parmezan, bri, mavi pendir, kifli pendir və s. Pendirdə olan tiramin baş ağrısı yaradır.
 
3. Alkoqol – qırmızı şərab, pivə, şampan, viski, çaxır 25% insanda miqren yaradır
 
4. Şokolad – onda olan beta-feniletmilamin beyin qan damarlarını genişləndirir
 
5. Qidalara qatılan süni şəkərləndiricilər – Tərkibində aspartam olduğu üçün baş ağrısı verir
 
6. Tərkibində qlutamat natrium olan qidalar- konservlər, souslar, dondurulmuş qidalar 15% hallarda miqren tutması yaradır
 
7. Texniki işlənmiş ət - ət delikatesləri, sosis, kolbasa, hisə verilmiş ət, vetçinada olan oksid azod qana düşdükdə, baş qan damarları genişlənir, miqren başlayır
 
8. Duzlu, şoraba, marinad – zeytun, kələm, xiyar, göbələk.
 
9. Dondurulmuş qidalar – süd, smuzi, kokteyl, dondurma
 
10. Duzlu qidalar – müxtəlif krekerlər, peçenyelər və s. təzyiqi artırır, konservantlar kəskin baş ağrısı yaradır
 
 
Ona görə mütəxəssislər, baş ağrıları və miqreni olanlara birinci növbədə bu qidaları rasiondan çıxarmağı tövsiyyə edir. Bir qidanı menyudan çıxarın və 2 ay müşahidə edin. Əgər baş ağrıları varsa, miqren tutursa, deməli, o qida triqqer deyil. Digərlərini sınayın.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür