AXCP ictimaiyyəti seçkilərə səslədi

11:25 04-12-2019 | icon 618 | Siyasət
AXCP ictimaiyyəti seçkilərə səslədi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) parlament seçkisində iştirakla bağlı ictimaiyyətə açıqlama verib.

 

Versus.Az-ın məlumatına görə, partiyanınaçıqlamasında bildirilir:

 

"Bütün seçkilərdə iştirak Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üçün hər zaman prioritet olub. Partiya olaraq Razi Nurullayevin sədrliyindən sonra bütün seçkilərdə aktiv iştirak etmişik. Həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinin artıq iştirakçısıyıq.

Bu günlərdə növbədənkənar parlament seçkisi məsələsi gündəmə gəlib. Partiyamız ilk gündən iştirakçı olacağını açıqlayıb. Bu günə kimi partiya rəhbərliyi və üzvləri ayrı-ayrılıqda seçkinin, seçkidə iştirakın əhəmiyyəti, vacibliyi barədə fikirlərini ictimaiyyətə açıqlayıblar. Artıq bu gün məsələ partiyanın rəyasət heyyətinin iclasında da səsə qoyulub və qəbul edilib.

 

Beləliklə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) rəsmən parlament seçkilərində iştirak edəcəyini ictimaiyyətə açıqlayır. Bir daha vurğulayırıq ki, siyasi müxalifətin seçkilərdə iştirakı mütləqdir.

Boykotu seçkilərin şəffaf olmaması ilə əlaqələndirirlər. Axı, hətta şəffaf olmasa belə, bunu sübut etmək üçün də iştirakçı olmaq lazımdır. Əksinə, bütün siyasi partiyalar seçkidə iştirak etməlidirlər ki, onlara inanan, onların arxasınca gedən vətəndaşlar da seçkilərdə fəal iştirak etsinlər. Əgər xalq kütləvi seçkiyə maraq göstərərsə, hər kəs də xalqın iradəsiylə barışmalı olacaq.

İstənilən halda boykot uğursuz, nəticəsiz qərardır. Hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırırıq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür