AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

16:40 12-12-2019 | icon 896 | Siyasət
AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Razi Nurullayev: "Oqtay bəyin müalicəsini üzərinə götürən Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm"

 

"Oqtay Gülalıyevin komadan çıxmasını və Allahın möcüzə yaradaraq onu sap-sağlam ayağa qaldırmasını arzu edirəm".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında AXCP sədri Razi Nurullayev deyib:

 

"Nə qədər dərin acı içində olsaq da, gərək doğru qərarlar qəbul edək. Bu gün Oqtay Gülalıyevin sağalması üçün Heydər Əliyev Fondu hər şey edib və etməkdədir. İnşallah, Oqtay Gülalıyev komadan ayılandan sonra onun reabilitasiyası da lazım olacaq. Bu da çox böyük xərc tələb edir. Onun üçün də hər kəsdən xahiş edirəm ki, Oqtay bəyin, o cümlədən bir ailənin faciəsi üzərində məqsədli planlar qurmasın, sui-istifadələrə yol verməsin".

 

Oqtay bəylə qohum olduğunu və uzun müddət çox yaxın olduğunu vurğulayan partiya sədri mediada səs-küy salmadan, onu bir gün də unutmadıqlarını qeyd edib:

 

"Yaxşılıqları da qiymətləndirmək vacibdir. Bunun üçün də Oqtay bəyin müalicəsini üzərinə götürən Heydər Əliyev Fonduna və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya da təşəkkürümü bildirirəm. Oqtay bəy üçün dua edirik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür