Azərbaycanda jest dili lüğəti yaradılacaq

13:59 16-12-2019 | icon 398 | Cəmiyyət
Azərbaycanda jest dili lüğəti yaradılacaq

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Doğma jest dili” layihəsinin icrasına başlanılıb.

 

Versus.Az xəbər verir ki, “Karlara dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

 

Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini müvafiq jestlərlə izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.

 

Sözlərin şəkillər ilə izahını verməklə yanaşı, jest dilinin vacib hissəsi sayılan mimika ilə ifadə edilən işarələri təsvir edən məlumatlardan ibarət veb səhifə və mobil tətbiqin hazırlanması da nəzərdə tutulur.

 

Bu layihə eyni zamanda eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınları və onlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlərin istifadəsi üçün faydalı ləvazimat olacaq.

 

Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili