“UÇURUMUN KƏNARINDA”

14:57 17-12-2019 | icon 544 | Şou-biznes
“UÇURUMUN KƏNARINDA”

Aleksey Çumakov və Emin Ağalarov “Uçurumun kənarında” adlı mahnının klipinin çəkilişini yağışlı havada Moskva göydələnlərinin birinin damında ekstremal şəraitdə həyata keçiriblər.

 

Versus.az xəbər verir ki, çəkilişin özəlliyi ondan ibarətdir ki, kameralar sənətçilərin üzərinə quraşdırılmışdır və bu, izləyicinin hər qəhrəmanın emosional xəttinə dərin inteqrasiyasına imkan yaradır.

 

Aleksey Çumakov nəinki mahnının, hətta klipin ideyasının müəllifidir. Bununla bərabər A.Çumakovun ideyası E.Ağalarovun fikirləri ilə üst-üstə düşüb.

 

Klipin süjet xətti də sürprizlərlə seçilir – qeyri-adi sevgi üçbucağı, baş personajın, yəni bu vəziyyətin səbəkarı olan xanımın uçuruma düşməsi və gözlənilməz final...

 

Ssenarisi bir gecəyə ərsə gələn klipin operatoru Maksim Osadçiy, rejissoru Yevgeni Spivakovdur. Aleksey Çumakov ekran işi haqda danışarkən bunları deyib:

“Mən video əsərlərin süjetlərini şərh etmək xoşlamıram. Hər bir tamaşaçının öz münasibəti və öz qavrayışı var. Hərə fərdi bir şey tapır. İstər mahnı olsun, istər video, ən vacib olanı insanların bir-birlərinə münasibətləri, özlərinə münasibətidir. Əlimizdən tutub bir-birimizin gözünə baxan, hətta uçurumun kənarında bir yerdə dayana biləcəyimiz bir insanı tapdığımız zaman çox dəyərlidir. Klip bundan ibarətdir ki, əgər bütün bunlar alınmırsa, hər bir qəhrəmanın özü ilə bölüşdüyü uçurumu varsa, heç bir dərin hiss belə eqoizmə dözə bilməz".

 

Emin Ağalaro da "Uçurum kənarında" adlı mahnı və klip haqda öz fikirlərini bildirib:

“Video çox gözəl alınıb. Aleksey inanılmaz dərəcədə perfomans yaradıcısıdır. O, təkcə mahnı, ssenari müəllifi yox, həm də klipin montajçısıdır. Proses uzun sürsə də, zəhmətimiz buna dəyərdi. Baş verənlərin hamısı bütün gözləntiləri aşdı. Bu videoda maraqlı hekayə və sona qədər şübhə içində qalan süjetin irəliləyişi izləyicini mütləq təəccübləndirəcək. Çox şadam ki, duet mənim yeni albomumun bir hissəsi oldu və bu gün klipin premyerasını edirik. Bax, peşman olmayacaqsan!”

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür