Qənirə Paşayeva deputat olduğu dairədən namizədliyini irəli sürəcək

15:17 24-12-2019 | icon 465 | Siyasət
Qənirə Paşayeva deputat olduğu dairədən namizədliyini irəli sürəcək

"Hər bir seçicim mənim üçün çox əziz və dəyərlidir"

 

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva yenidən parlament seçkilərində namizədliyini irəli sürəcək.

 

Versus.Az xəbər verir ki, bu haqda Qənirə Paşayevanın özü məlumat verib. O qeyd edib ki, elə deputatı olduğu dairədən namizəd olacaq: 

 

"Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz Seçki Dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm. Bütün bu illər ərzində onların etimadını itirməmək üçün onları layiq olduqları kimi təmsil etməyə çalışdım. Hər bir seçicim mənim üçün çox əziz və dəyərlidir".

 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili