Azərbaycan iqtidarı Sarkisyanla Qorbaçova cinayət işinin qaldırılması iddiasını irəli sürməlidir - BƏYANAT

13:58 24-04-2018 | icon 712 | Gündəm
Azərbaycan iqtidarı Sarkisyanla Qorbaçova cinayət işinin qaldırılması iddiasını irəli sürməlidir - BƏYANAT

 Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat yayıb.

 

Versus.Az-ın məlumatına görə, Bəyanatda deyilir:

 

"Ermənistanda son günlər məlum olaylar nəticəsində baş nazir Serj Sarkisyanın istefası Qarabağ işğalının hüquqi müstəvidə həll olunmasına daha da qeniş imkanlar yaradıb. Belə ki S.Sarkisyan Qarabağ seperatçılarının başçısı olan zaman Azərbaycan türklərinə qarşı törədilən Xocalı soyqırımına görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu cinayəti özu də Böyük Britaniyanın araşdırmaçısı Tomas de Vala verdiyi müsahibəsində etiraf etdiyini bildirib.

Təəssüflər olsun ki, Azərbaycanda bəziləri bu gün hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırlar. Digər tərəfdən isə Ermənistan-Azərbaycan sülh platforması çərçivəsində erməniləri Azərbaycana gətirirlər.

Keçmiş Yuqoslaviyanın Srebrenitsa şəhərində baş verən soyqrıma dünya ictimaiyyəti hüquqi qiymətini verdi. Bu hadisəni törədənlər hazırda cəzalarını çəkirlər.

Amma Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzir və Xocalı şəhəri isə erməni işğalı altındadır.

 

Azərbaycan Liberal Demokrat Partiyası olaraq hesab edirik ki, iqtidar Azərbaycan türklərinə qarşı törədən Xocalı soyqırımının təşkilatçısı olan Serj Sarkisyanı, 20 Yanvar faciəsinin əsas rəhbəri Mixail Qorbaçova cinayət işinin qaldırılması, beynəlxalq axtarışa verilməsi və Beynəlxalq tribunal qarşısında cavab verməsi üçün iddia irəli sürməlidir.

Biz beynəlxalq aləmdən cinayətkərların cəzalanmasını tələb etməliyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili