“O ermənilərin buraxılması siyasi qərardır..."

09:00 31-08-2023 | icon 552 | Siyasət
“O ermənilərin buraxılması siyasi qərardır..."

Ələsgər Məmmədli: “Bir an öncə bu yanlış tətbiqdən imtina olunmalıdır”

 

“Laçın sərhəd keçid məntəqəsində saxlanılan üç erməni gəncinin həbsi və onlarla bağlı verilən qərar "komediyadır".

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli Laçın sərhəd-keçid buraxılış məntəqəsində saxlanılaraq 10 günlük inzibati cəza tətbiq edilən üç erməni futbolçusu ilə bağlı açıqlamasında bildirib.

 

Hüquqşünas bildirib ki, həmin ermənilərin həbsi tamamilə qanuni, ictimaiyyət tərəfindən bilinən bir hadisəyə görə baş verib:

 

“Yəni onlara qarşı irəli sürülən 283.2.3 - milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədilmə və 324-cü -Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlərin tərkibləri açıq şəkildə mövcuddur. Bu, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə videomateriallar əsasında yayılmış faktdır”.

 

Ə.Məmmədli qeyd edib ki, birinci ittiham üzrə 2-3-ildən 5 ilə qədər həbs cəzası, ikinci ittihama görə isə 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 1 ilə qədər azadlqıdan məhrumetmə cəzası tətbiq edilə bilər:

 

“Yəni həmin ermənilərə həqiqətən cinayət işi açılıbsa və maddələr üzrə prosesə cəlb olunublarsa, artıq burada yekun qərər verəcək tərəf məhkəmə olmalıdır. “İstintaq işi, “tərəflər səmimi etiraf elədi, üzr istədi” -deyib bunu inzibati məsuliyyətə çevirə bilməz. Bu, birmənalı olaraq Azərbaycan Cinayət Məcəlləsinin tətbiqinə və hüquq sisteminə ziddir”.

 

Ə.Məmmədli bu məsələni Azərbaycan cəmiyyətində ciddi hörməti, etibarı, ziyalı mövqeyi olan bəzi məlum şəxslərin 1 il, bəzilərinin 2 ildən çox sübut olunmayan ittiham iddiları ilə saxlanılması, hələ də məhkəməyə çıxarılmadıqları faktı ilə müqayisəni aparmaqla, üzücü bir hal kimi qeyd edib.

 

O, bildirib ki, bu üç erməni cinayəti bəlli olduğu halda onların inzibati cəza ilə deportasiyası barədə verilən qərar qəbulolunmazdır:

 

“Əməlləri konkret sosial şəbəkələr vasitəsi ilə açıq bilinən, Azərbaycan bayrağını kobud şəkildə təhqir edən, eyni zamanda bunu nifrət cinayəti olaraq tətbiq edənlərin barəsində təəssüf ki, hüquq mühafizə orqanları tərəfindən ölkələrinə təhfil verilmələrinə dair qərar çıxardılır. Bu, əlbəttə ki, Azərbaycanda ədalətli hüquq sisteminin mövcud olmadığının faktıdır. Bu sübut edir ki, qərarları məhkəmə vermir, hüquq mühafizə orqanları təlimatları icra edir. Ermənilərin də buraxılması siyasi qərardır. Mən hüquq adamı olaraq bundan üzülürəm. Belə bir görüntü bizim haqlı olduğumuz məsələlərdə belə heç bir halda beynəlxalq mühitdə Azərbaycanın haqlı tələblərinin üstün planda tutulmasına imkan verməyəcək, haqlı olduğumuz məsələdə bizə dəstək verməyəcək. Bir an öncə bu yanlış tətbiqdən imtina olunmalıdır. Hüquqa siyasi müdaxilə olmamalıdır. Cinayətkarlar da hanssa siyasi manevr xatirinə əli açıq, gələcəkdə bu əməlləri təşviqedircəsinə öz ölkəsinə təhvil verilməməlidir. Məhkəmə qaydasında mühakimə olunmalı, qanunvericilikdə nəzərdə tutulan cəzasını almalıdırlar. Necə ola bilər ki, Azərbaycan ziyalısı hansısa ittihamlarla saxlanılaraq məhkəməyə çıxarılmdan saxlanılır, amma hansısa 20 yaşlarında erməni gənci cinayətləri ortada olduğu halda məhkəməyə çıxarılıb barələrində cəza tədbirləri görülmür?!”

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər