İmmunitet zəifliyinin 10 əlaməti

11:08 04-01-2020 | icon 309 | Sağlamlıq
İmmunitet zəifliyinin 10 əlaməti

İmmunitet bütün limfositlər, leykositlər, faqositləri immun sistem idarə edir. İmmunitet uşaq ikən formalaşır, əgər ciddi autoimmun xəstəliklər yoxdursa, immunitet əvvəldən dəyişməz olaraq qalır. Lakin müəyyən səbəblərdən zəifləyə bilər. Orqanizmin müqavimət qabiliyyətinin azalması immun sistemin işinin zəifləməsi deməkdir.

 
 
Versus.Az Medicina.az-a istinadən böyüklərdə immunitetin zəifləməsini göstərən əlamətləri təqdim edir:
 
 
-Tez-tez xəstələnir, sağalması uzun çəkir
 
 
-Az iş görsə də tez yorulur
 
-Yaraları gec sağalır
 
-Ağızın içi, damaq, selikli qişalarında yaralar, zədələnmələr, səpmələr olur
 
-Nəmalum səbəblərdən hərdən bir nahiyəsi ağrıyır
 
-İştahı zəifdir
 
-Saçları, dırnaqları, dərisinin vəziyyəti yaxşı deyil
 
 
İmmunitet zəifliyi insanı öldürməz, amma elə qəza, travma, infeksiyalar, viruslara yoluxma ola bilər ki, ağırlaşmalar baş verə bilər.
 
 
İmmunitet nədən zəifləyir?
 
1.Xroniki stress, əsəbdən
 
2.Genetik, irsi faktorlar
 
3.Ciddi əməliyyat sonrası, xəstəliklərdən
 
4.Yaşla əlaqədar
 
5.Zərərli qidalanma səbəbindən mineral və vitamin çatışmazlığı
 
6. QİÇS, İİV, hepatit
 
7.Digər xroniki ağır xəstəliklər
 
 
İmmuniteti qaldıran hər hansı dərman, tablet, iynə yoxdur. İmmunstimulyatorlar heç bir təsir etmir.
 
 
Sintetik vitamin həbləri və BAD-lar da immuniteti qaldırmır. Amma orqanizmin vitamin, mineral balansını düzəltməklə, yaxşı qidalanmaqla, əsəbləri sakitləşdirməklə immuniteti qaydaya salmaq olar.
 
 
Daha çox balıq, dəniz məhsulları, tərəvəzlər, meyvələr, müxtəlif bitkilər, çaylar, smuzilər qəbul edə bilərsiz. Avokado, brokkoli, yumurta sarısı, istiot, balqabaq, kök, çuğundur, bal, qara zirə, kətan toxumu, qaraciyər, sümük suyu, qarabaşaq, sitsur meyvələri, gün işığı, sakitləşdiricilər immunitet üçün vacibdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür