Pis vərdişlərini özünlə böyütmə!

09:14 01-09-2017 | icon 1424 | Uşaq Dünyası
Pis vərdişlərini özünlə böyütmə!

Leyla Nəcəfli

Salam, çox hörmətli oxcularım.

Bu gün həyətə düşmədim. Eyvandan həyətdə oynayan uşaqları, gəzişən, söhbət edən böyükləri seyr etdim. Elə seyr edə-edə də bir sual yarandı məndə. Pis və yaxşı xüsusiyyətlər necə yaranır və necə edə bilərik ki, yaxşı ola bilək.

Mən eyvandan hamıya fikir verdim. Hərənin bir mənfi xüsusiyyəti və vərdişlərini gördüm. Hətta başqa vaxtlarda da dayı, xala uşaqlarıma baxanda hər birinin yaxşı və pislərini görmək olurdu. Xəbərçilik, yalançılıq, qeybət, yerli-yersiz yemək, başqasının əşyasını əlindən almaq və sair kimi xüsusiyyətlərdən danışıram.

Pis vərdişləri məncə unutmaq olar. Yəni pis vərdişlər insanın pis olması demək deyil. Amma biz o pis vərdişləri tərgitməsək, təbii ki, insanlarda pis fikir yarada bilər. Çünki o vərdişlər getdikcə böyüyər və səni pis adam edər. Axı insan böyüdükcə onunla birlikdə yaxşı-pis keyfiyyətləri və vərdişlərı də böyüyür. Məsələn, bizim məktəbdə oxuyan bir uşaq var, durduğu yerdə gəlib adamı vurub qaçır. Mən ona fikir vermirəm. Lakin bunu başqa uşaqlara edəndə onun dalınca qacıb dalaşırlar. Beləcə, istər-istəməz uşaqlar arasında narazılıq yaranır. Onun bu xoşagəlməyən davranışı özü ilə böyüsə, o kim ola bilər, sabah hansı hadisələri törədə bilər?

Dostlar, sizə olmuş bir hadisə danışım. Qonşumuzda bir uşaq var, cox pis uşaqdır. Hamıya pislik edir – dalınca danışır, xəbərçilik edir, günahsız yerə adamı günahlandırır, adamın üstünə şər atır. Bir gün onu yanıma cağırıb bir az söhbət etdim. Hər şeyi ona danışdım və başa saldım ki, belə olmasın. Dedım ki, əziz dostum, neçə  gündür ki, mən səni kənardan izləyirəm, sənin hərəkətlərinə xüsusi diqqət edirəm və görürəm ki, sənin çox pis vərdişlərin var. Yalan danışırsan, xəbərçisən, adama şər atırsan. Bilməlisən ki, sən büyüdükcə pis vərdişlərın də səninlə birgə böyüyəcək.  Sən elə indidən yaxşı əməllər etməli, düz danışmalı, dosta sədaqətli olmağı öyrənməlisən. Bunu öyrənməsən heç kəs səninlə dostluq etməyəcək.

O, məni sakit dinlədi və söz verdi ki, pis vərdişlərini tərgidəcək. Mən buna çox inanmaq istərdim.

Hər kəs özündə olan ən balaca pisi “öldürməyi” bacarsa, hər şey gözəl olar.

Sağ olun, yeni dərs ilində görüşənə qədər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür