AXCP sədri Nərminin qətliylə bağlı çağırış etdi
Razi Nurullayev: "Qoy hər kəs səsini qaldırsın ki, əsl həqiqəti gizlədə bilməsinlər"
"Nərmin balanın psixi xəstə İlkin Süleymanov tərəfindən qaçırılması və sonunda öldürülməsi mənə inandırıcı gəlmədi. Necə olur ki, bir psix, çöldə gəzən, küçədə yaşayan birisi qızı qaçırır, 50 gün gizləyə bilir, hər gün gedib zorlayır, işgəncə edir, yemək-içmək aparır, amma bu boyda kənd bunu bilmir?".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.
Partiya sədrinin fikrincə, ya ortada böyük yalan var, ya da bu kəndin əhalisinin göz, müşahidə və etinasızlıq problemi var:
"Utancvericidir. Azərbaycan milləti həqiqəti bilmək istəyir! Detalları açıqlayın. Bəs qızın bacısının qara maşında gördüyü qara eynəkli adamlar kim idi? Onu da maşına mindirmək istəyən kim idi? Bəs qohumların ziddiyyətli fikirləri hara getdi?
Hamı narahatdır və suallara cavab gözləyir. Necə olur ki, 50 gün qonşuluqda gizlədilib, işgəncələrə, zorlamalara məruz qalan bir qızcığazı nə kənd əhalisi, nə də polis tapa bilməyib? Bəs kənd əhalisi niyə bu qədər etinasız olub? Çox sərt də yaza bilərəm, amma hələ ki, səbrimi basıram!"
R.Nurullayev özünün "Facebook" hesabından müraciətlə çağırış edib:
"Paylaşın ki, həqiqəti öyrənə bilək, ictimai rəydən çəkinib xalqa yalan deməsinlər. Qoy hər kəs səsini qaldırsın ki, əsl həqiqəti kim olur olsun gizlədə bilməsin".
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"