Sabah sonuncu gündür

11:38 13-01-2020 | icon 615 | Siyasət
Sabah sonuncu gündür

Sabah Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

 

Versus.Az xəbər verir ki, Seçki Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dairə və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

 

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət yanvarın 15-dək olan dövrü əhatə edir.

 

Qeyd edək ki, Seçki Məcəlləsinin 46.5-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları (müvafiq icra hakimiyyəti və bələdiyyə qurumlarının seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır. Məntəqə seçki komissiyaları tərəfindən (hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisəsi rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə azı 20 gün qalanadək təmin edilməlidir. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür