İslahatlara könüllü hə – deyin ki, hər şey könlünüzcə olsun!..
Artıq dünəndən etibarən yerlərdə görüşlər keçirilməyə başlayan namizədin platforması seçiciləri tərəfindən pis qarşılanmayıb.
Ümid edirik ki, yeni və çox yüksək potensiallı namizəd, böyüyb-təhsil aldığı ərazinin ən yaxşısı olaraq seçiləcək və öz seçicilərinə ləyaqətlə xidmət göstərib, onların etimadını doğruldacaqdır.
Fəaliyyəti, mədəniyyəti, yüksək zəkası ilə hər zaman öndə olan öncül xanım, Sizə bu yolda uğurlu gələcək arzulayırıq!.. Gəlin namizədimizi yaxından tanıyaq:
Könül Vaqif qızı İsmayılova 28 mart 1978-ci ildə Laçın şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1995-ci ildə Binəqədi rayonu 267 saylı məktəbi bitirərək, Bakı Qızlar Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1999-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, Nizami rayonu 220 saylı məktəb – lisey kompleksində Psixoloq vəzifəsində ilk əməkm fəaliyyətinə başlamışdır. Bütün bunlarla yanaşı hələ məktəb və tələbəlik illərindən çox fəal ictimaiyyətçi olmuş, 2000-ci ildə Respublika Uşaq Təşkilatının Nizami rayon şöbəsinin sədri təyin edilmişdir. Kimsəsiz uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması, elmi təfəkkürünün inkişafı ilə bağlı uğurlu layihələr həyata keçirmişdir. Pedoqoji fəaliyyətini 2003-cü ildən Sumqayıt Müəllimlər İnstitunda davam etdirmiş, 2014-cü ilədək orada işləmişdir. Sumqayıt şəhərinin sosial və mədəni həyatında daim aktiv ictimai fəaliyətini davam etdirmiş, psixoloq-ekspert kimi konsulatsiyalar keçirmişdir. Bir çox məqalələri ilə Respublikada Psixologiya elminin inkişafında töhvələr vermişdir. 2015 -ci ildən etibarən Müasir Müsavat Partiyasında ideoloji məsələlər üzrə sədr müavini vəzifəsində işləməkdədir. 2018-ci ildə Azərbaycan Respublikası Prezident seçkilərində Muasir Musavat Partiyasının səlahiyyətli nümayəndəsi vəzifəsini layiqincə icra etmişdir.
Hazırda, 2020 -ci il yeni parlament seçkilərində 10 saylı Binəqədi 3-cü DSK-dan namizədliyi təsdiq olunmuşdur.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"