Riyakarlıq və ikilistandartların təzahürünün ünvanını - FRANSA

09:00 06-07-2023 | icon 828 | Siyasət
Riyakarlıq və ikilistandartların təzahürünün ünvanını - FRANSA

"Bu, Fransaya bumeranq kimi qayıdacaq, geci-tezi var"

 

“Prezident İlham Əliyevin BMT TŞ-də islahatlara çağırışı əvvəllərdə olub. Çox düzgün təklifdir. Hesab edirəm ki, Türkiyə, İsrail, yaxud Pakistan, bu ölkələrdən biri BMT TŞ-nın üzvü seçilsin”.

 

Bunu prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Xəbər-PS-ə Prezident İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda çıxışına münasibət bildirərkən deyib.

 

Fuad Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin BMT TŞ-də islahatlar çağırışı əvvəllər də olub. O, Türkiyə, İsrail, Hindistan, Pakistan, Cənubi Afrika Respublikası kimi dövlətlərin gücləndiyini düşünür:

 

“Biz istərdik ki, Türkiyə, İsrail, yaxud Pakistan, Azərbaycana dost olan bu dövlətlərdən biri Təhlükəsizlik Şurasının üzvü seçilsin. Biz maraqlıyıq ki, bütün platformalarda ölkəmizi müdafiə edən qüvvələr olsun. Britaniyanın Vətən müharibəsi başlayanda Azərbaycanla bağlı BMT TŞ-də tutduğu mövqeni unutmamışıq, daimi üzvlər içərisində bu cür ölkələr çox olmalıdır. Rusiya da BMT TŞ-də Azərbaycan əleyhinə prosesə qatılmadı. Yəni şimal qonşumuzu da özümüzə dost etməyi bacarmalıyıq. Bu mənada Prezidentin dedikləri vacibdir, daimi üzvlərin sayını artırmaq lazımdır. Eyni zamanda yeni dünya nizamı formalaşır, BMT nimdaş görünməyə başlayır, onun özünü reanimasiya etməsi lazımdır. Çünki geopolitik situasiya yenilənməkdədir”.

 

Fuad Əliyev Qoşulmama Hərəkatının ölkələr sayına görə BMT-dən sonra ikinci qurum olsa da, funksional baxımdan birinci olduğunu bildirib:

 

“Azərbaycan Qoşulmama Hərəkatın sədirliyi dövründə Hərəkatının fəaliyyətinə nəzər yetirsək, görəcəyik ki, funksional baxımdan daha çevik, daha nizam-itnizamlıdır. İlham Əliyevin təşkilat daxili səmimi münasibətlərin qurulması, Qoşulmama Hərəkatının fəaliyyətinə müsbət təsir edir”.

 

F.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev riyakarlıq və ikilistandartların təzahürünün ünvanını, Fransanı, açıq şəklində bildirdi:

 

"Fransaya, Niderland kralını nümünə göstərərək, müstəmləkə keçmişinə, qul ticarəti ilə məşğul olduğuna, soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilməsinə görə üzr istəməsinə çağırış etdi. Soyqırımlar törədən Fransa bu gün erməni separatizmi dəstəkləyir, Azərbaycan daxili işlərə qarışır. Hesab edirəm ki, bu, Fransaya bumeranq kimi qayıdacaq. Bunun geci-tezi var”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...