Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb

17:13 21-01-2020 | icon 386 | Siyasət
Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. A.Muxtarova bildirib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib:

“Gülər Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin olunmayıb. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

 

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsi Gülər Əhmədovanın namizədliyini qeydə almayıb. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan təxmini 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayının az olduğu üçün Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür