Yardımlıdan deputatlığa namizəddən Birinci vitse-prezidentə MÜRACİƏT

13:32 24-01-2020 | icon 3720 | Siyasət
Yardımlıdan deputatlığa namizəddən Birinci vitse-prezidentə MÜRACİƏT

"Kim Xəqani Cəfərovla görüşə getsə, işini itirəcək" hədə-qorxusu

 

72 saylı Yardımlı-Masallı seçki dairəsindən öz təşəbbüsüylə deputatlığa namizədliyini irəli sürmüş Qarabağ Qazisi, aprel  döyüşlərində iştirak edib yaralanan, ehtiyatda olan polkovnik leytenant XƏQANİ CƏFƏROV adıçəkilən dairədə kobud qanun pozuntularına yol verilməsilə bağlı Azərbaycan Respublikasının l vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

 

Versus.az İnformasiya Agentliyi həmin Müraciətin mətnini təqdim edir:

 

Azərbaycan Respublikasının l vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

 

Hörmətli Mehriban xanım!
Mən, Qarabağ qazisi, Aprel döyüşlərində briqadanın artilleriya xidmətinin rəisi kimi iştirak edərək yaralanmış zabit, ehtiyatda olan polkovnik leytenant Xəqani Vədud oğlu Cəfərov müstəqil şəkildə 72 saylı Yardımlı-Masallı seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm.

 

Məlumat üçün Sizə bildirim ki, seçki prosesinin elə ilk mərhələsində mənim qohumlarımı işdən çıxarmaqla təhdid etdilər və mənim geri çəkilməyimi istədilər. Çətinliklə olsa da, bütün maneələri keçə bildim, namizədlik vəsiqəmi aldım. Təəssüf ki, təbliğat kampaniyasına start verilən gündən yenidən eyni oyunlar davam etdirildi.

 

Mənimlə eyni dairədən namizədliyini irəli sürmüş V çağırış Milli Məclisi üzvü olmuş hörmətli professor Musa Qasımlıya olan münasibətlə mənə olan münasibət arasında gözlə görünəsi dəhşətdoğuracaq fərqlər mövcuddur. Və belə fərqli münasibətin ortaya qoyulmasında birbaşa Yardımlı rayonunun icra hakimiyyətinin və seçki dairəsinin məsul şəxsləri iştirakçıdılar. Mənə öz seçicilərimlə görüşlər keçirilməsi üçün bu və ya digər əngəllər törədildiyi halda bu adamlar hörmətli professor Musa Qasımlını hətta öz avtomobillərində kəndlərə aparır və elə bununla da seçicilərə dolayı yolla birbaşa Musa Qasımlının yanında olmalarıyla bağlı mesaj verirlər. Ancaq mən gedəcəyim kəndin adamlarına "kim Xəqani Cəfərov ilə görüşə getsə işini itirəcək" deməklə hədə-qorxu verilir. Günün günorta çağında, xalqın gözü qarşısında bu qədər qanun pozuntusuna yol verilir. Doğulduğum Yardımlı rayonunun Ostayır kəndindən olan seçiciləri isə daha çox hədələyirlər. "Əgər bu kənddən Xəqani Cəfərova səs verilsə, kənd əhalisi təbii qazın üzünə həsrət qalacaqlar" deyirlər.


Çox hörmətli Mehriban xanım Əliyeva!
Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyev növbədənkənar parlament seçkisiylə bağlı cəmiyyətə yönəli proqram xarakterli çıxışlarında dəfələrlə vurğulayıb ki, - "bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan verməkdir. Əminəm ki, bələdiyyə seçkisindən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır".


Hörmətli Mehriban xanım Əliyeva!

Çox təəssüflər olsun ki, bu gün ucqar Yardımlı rayonunda cənab Prezidentin proqram xarakterli bu çıxışı nədənsə həm icra hakimiyyətinin yetkililəri, həm də aidiyyatı seçki dairəsinin səlahiyyətliləri tərəfindən görməzliyə vurulur, proqram xarakterli o çıxışların icrası süni şəkildə əngəllənməklə sosial narazılıqların formalaşdırılmasına cəhd edilir.


Bütün təhdidlərə və bütün əngəllərə baxmayaraq bir daha bəyan edirəm ki, mən dövlətimin, Ali Baş Komandanımın əsgəriyəm. Məhz Ali Baş Komandanımın əsgəri olaraq öz hərbçi soyuqqanlığımı qoruyub saxlayır, dövlətçiliyimizin və millətçiliyimizin qorunub saxlanılmasında məhz Ali Baş Komandanımın hədəfləri düzgün müəyyənləşdirmə kursuna inandığımı bir daha bəyan edirəm. Heç bir təhdid, heç bir maneə məni bu yoldan döndərə bilməz.


Məhz Sizlərin sayəsində regionlarımızın sosial iqtisadi İnkişaf Proqramına uyğun hətta ən ucqar kəndlərin belə mavi qazla təmin edilməsi prioritet olaraq önə çəkilibsə, belə olan halda Yardımlı rayon icra hakimiyyətinin müavini Mahir Mirzəyevlə, başqa bir səlahiyyət sahibi Zakir İmanovun bir deputatlığa namizəd və onun seçiciləriylə təhdid diliylə danışması birbaşa dövlət siyasətimizə zidd olduğu üçün əsgəriniz olaraq bu barədə Sizlərə raport verməyi özümə borc bilirəm.

Son günlərdə isə əhalinin şəxsiyyət vəsiqəsinin yığılmasıyla bağlı informasiyalar artıq gündəmi zəbt edib. Adıçəkilən şəxslərin yaratdıqları süni əngəllərə görə deputatlığa namizəd olaraq mən öz seçicilərimlə mütəmadi olaraq öz görüşlərimi düzənləyə bilmir, qanunvericilikdə nəzərdə tutulan seçki təbliğatımı apara bilmirəm.


Hörmətli Mehriban xanım Əliyeva!
Böyük qürur hissiylə bir daha bəyan edirəm ki, mən Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Fəxr edirəm ki, uğurlu Lələtəpə əməliyyatında iştirak etmişəm. İndinin özündə də baş boyun nahiyəmdə hələ də 6 qəlpə gəzdirirəm. Yenə də itirilmiş yurd yerlərimizin azadlığı uğrunda döyüşə hazıram. Amma bu gün hüquqi dövlət olaraq Azərbaycanımızın qanunlarının vətəndaş olaraq mənə verdiyi imkandan istifadə edərək öz xidməti borcumu, xalqıma xidmət missiyamı qanunverici orqanın fəaliyyətində davam etdirmək istəyirəm.


Çox hörmətli Mehriban xanım Əliyeva!
Dövlətimizin Birinci Vitse-Prezidenti kimi Sizin adınız olan yerdə haqq ədalətin qalib gələcəyinə hər zaman inanmışam və indi də inanmaqdayam.

Sizdən artıq dərəcədə xahiş edirəm, məni Yardımlı rayon icra hakimiyyətinin təzyiq və təxribatlarından qurtarın, 72 saylı Yardımlı-Masallı dairəsində bütün namizədlərə öz seçki qanunvericiliyi əsasında təbliğatlarını aparmaq üçün bərabər şəraitin yaradılması məqsədilə mənə kömək edin.

 

Sizə hörmətlə,

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd,

ehtiyatda olan polkovnik leytenant Xəqani Cəfərov

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür