Corc Soros “Facebook” və və Trampı əlbir olmaqda ittiham edib
Macarısatan yəhudisi olan amerikalı maliyyəçi Corc Soros “Facebook” şirkəti və ABŞ prezidenti Donald Tramp arasında adı verilməyən anlaşma olduğunu və bunun əsasında firmnın Ağ Evin hazırkı rəhbərinə seçkiqabağı kampaniyada yardım göstərdiyini bildirib.
“Hesab edirəm ki, Tramp və “Facebook” formal, qeyri rəsmi-surətdə qarşılıqlı yardım və ya saziş əsasında birlikdə hərəkət edirlər. “Facebook” Trampa yenidən seçilməsi üçün çalışmağı, administrasiya isə əvəzində onu hər hücumdan müdafiə etməyi boynuna götürüb”, deyə C.Soros “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Bundan başqa, xeyriyyəçi milyarder respublikaçı prezidenti öz maraqlarını ölkənin mənafelərinin fövqündə tutmaqda ittiham edib.
Qeyd olunur ki, bu demokrat iş adamının “Facebook”a ilk hücumu deyil. Bundan öncə o, bəhs olunan firmanı, o cümlədən “Google”u innovasiyalara əngəl olmaqda və insanları yalnız öz servislərindən asılı vəziyyətdə saxlamaqda günahlandırmışdı.
Corc Soros özü dünyanın ən zəngin adamlarından sayılır və “Soros Fund Management” hec-fondunun sahibidir. “Forbes” jurnalı onun sərvətini 25 milyard dollar məbləğində dəyərləndirib. 2016-cı il seçkilərində C.Soros aktiv şəkildə Demokrat partiyasının namizədi Hillari Klintonu dəstəkləyib. Donald Trampın qələbəsindən sonra amerikalı milyarder onu diktatura və ABŞ-ı mafioz dövlətə çevirmək tərəfdarı adlandımışdı. /Musavat.com/
Versus.Az
Xəbər lenti
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK
"Arayışlar sığorta çərçivəsində qarşılanmır"