"Heç kimi özümə rəqib görmürəm"

20:39 24-01-2020 | icon 601 | Siyasət
"Heç kimi özümə rəqib görmürəm"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev avrasiya.net-ə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir



- Fuad bəy, təbliğat, təşviqat kampaniyanız digər namizədlərin apardığı prosesdən nə ilə fərqlənəcək?

 

- Mənim iştrak etdiyim bütün seçkilər - istər parlament, istərsə prezident seçkilərində təbliğat kampaniyam digər namizədlərdən həmişə fərqlənib. Namizədlərin əksəriyyəti boş vədlər verir, seçicilərin səslərini qazanmaq üçün cəfəngiyyat fikirlər səsləndirirlər. Məni tanıyanlar isə bilirlər ki, mən heç vaxt heç kimə söz vermirəm. Mən real iş görürəm. Artıq təbliğat, təşviqat kampaniyama start vermişik. Seçicilərlə fərqli bir görüşlər olacaq. Bu da kampaniyanın sirri kimi qalsın. (Gülür)

 

- Namizədləriniz arasında sizə rəqib ola biləcək birini görürsüzmü?

 

- Konstitusiya hər bir vətəndaşa imkan verir ki, istənilən seçkilərdə iştrak etsin. Vətəndaş da özü qiymət verir, öz gücünü sınasın, ya yox. Həmişə onun tərəfdarı olmuşam ki, vətəndaşın siyasi aktivliyi olsun, öz hüquqlarını bilsin, özünü müdafiə etsin. Siyasi baxımdan aktiv olsun. Onun bu aktivliyi mütləq bizim cəmiyyətimizin inkişafına, demokratikləşməsinə böyük bir töhfə verə bilər. Amma namizədlərin tərcümeyi-halına baxanda görürsən ki, bəzilərinin nə siyasi, nədə ki, həyat təcrübəsi yoxdur, digərlərin isə ümumiyyətlə, bu seçkilərə aidiyyəti yoxdur. Misal üçün, heç ali savadı olmayanın parlament seçkilərində nə işi var? Təqaüdçünün parlamentdə nə işi var? Bizim dairədə namizədlərin sayı kifayət qədər çoxdur. Amma bu məni heç də narahat etmir. Vətəndaşdır öz hüququndan istifadə edib seçkilərdə iştrak edir. Buna da hörmətlə yanaşıram. Amma iştrak edənlərdən heç kimi özümə rəqib görmürəm.

 

- Seçki prosesində hansısa bir təxribatla üzləşə biləcəyinizi ehtimal edirsizmi və hansılar ola bilər.

 

- Ehtimal edirəm, çünki imzatoplama prosesində belə bir təxribatlar olub. Özünü Sabunçü rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən bir nəfər imza vərəqəni götürüb vətəndaşların imzaları pozdu və vərəqəni cırmağa cəhd etdi. Bizim imza toplayanların müdaxiləsindən və mənə məlumat veriləndən sonra o ərazini tərk etdi. Bundan sonra da təxribatların ola biləcəyini gözləyirik və qabağını almağa hazırlaşırıq.

 

 Media yazıb ki, sizin namizəd olduğunuz dairədən namizəd olan millət vəkili Fazil Mustafa seçicilərinə 5 manat pul paylayır. Sonradan özü açıqlaa verərək bunun böhtan olduğunu deyib. Buna münasibətiniz.

 

- Allah bərəkət versin... (Gülür) Əqər bu həqiqətdirsə, deməli o seçicinin səsini cəmi beş manata qiymətləndirir... Özünə hörmət edən seçici öz səsini, öz vicdanını pula satmaz. Vətəndaşın inamını itirmək siyasətçi üçün böyük fəlakətdir. Onun inamını heç bir pulla bərpa etmək olmaz.

 

- Seçkinin saxtalaşdırılacağı halla üzləşəcəyiniz təqdirdə hansı addımlar atacaqsız?

 

- 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində 26 saylı Sabunçu birinci seçki dairəsindən qalib mən olacağam. Ona görə o haqda heç fikirləşmirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili