Deputatlığa namizəddən Cəmil Həsənliyə sərt MESAJ

18:01 30-01-2020 | icon 1650 | Siyasət
Deputatlığa namizəddən Cəmil Həsənliyə sərt MESAJ

ƏLABBAS MƏHƏRRƏMOV: "Siyasətçisənsə, get siyasətlə məşğul ol, tarixçisənsə, araşdırma apar, daha falçılıq etmək nədir?"

 

"Cəmil Həsənli 5 ildən bir təzahür edən “falçılıq qabiliyyəti”ni yenə işə salıb. Özünə siyasətçi deyib də siyasi proseslərdən kənarda duran bu professor 9 fevral seçkilərində seçicilərin əvəzinə “səs verərək”, nəticələri “müəyyənləşdirib”. Sözün tam mənasında, rəzalətdir!"

 

Versus.Az xəbər verir ki, bu sözləri 52 saylı Quba seçki dairəsindən namizəd Əlabbas Məhərrəmov Cəmil Həsənlinin seçki proqnozları ilə bağlı açıqlamasında deyib.

 

"Siyasətçisənsə, get, siyasətlə məşğul ol, tarixçisənsə, get araşdırma apar, daha falçılıq etmək nədir"- deyə, C.Həsənliyə sərt mesaj edən Əlabbas Məhərrəmov onu 5 milyon seçiciyə hörmətsizlikdə qınayıb. Vurğuladı ki, Cəmil Həsənlilər elə faydalı işlə yox, falçılıqla məşğul olduqları üçün bu vəziyyətdədilər:

 

"Cəmil Həsənlinin “fal”ında 52 saylı Quba seçki dairəsindən Vahid Əhmədovun “seçiləcəyi” göstərilib. Bu adam 1 dəfə sovet, 3 dəfə də müstəqillik dönəmində Qubadan deputat mandatı götürüb. İnanın, tam qərəzsiz deyirəm ki, Milli Məclisdəki çıxışlarına və mətbuatdakı açıqlamalarına baxmayın, Əhmədov bu 15 ildə Qubanın rayon mərkəzində və kəndlərdəki problemlərin həlli üçün bir iş görməyib, seçiciləri narahat edən məsələlərlə maraqlanmayıb. İndi isə bir müxalifət təmsilçisinin siyahısında 52-ci dairənin “qalib”i kimi təqdim olunur. İnanin ki, Əhmədovun kəndlərdə keçirdiyi görüşlərdə 15 ildə nə etmisən suallari cox verilir. Bu, Qubalıların Əhmədova münasibətinin göstəricisidir".

 

Ə.Məhərrəmov vurğulayıb ki, “falçı professor”un və müxalifətin siyahısına düşmək uğrunda yox, seçicilərin gerçək etimadı və səsləri uğrunda mübarizə aparır:

"Digər seçki dairələrindəki əsas namizədləri də başladıqları kampaniyanı eyni səviyyədə davam etdirməyə çağırıram".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür