Yubileyə həsr olunmuş yaradıcılıq sərgisi keçiriləcək

14:15 02-05-2018 | icon 586 | Gündəm
Yubileyə həsr olunmuş yaradıcılıq sərgisi keçiriləcək

Mayın 7-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Versus.Az-a verilən məlumata görə, 229 nömrəli tam orta məktəbdə təşkil olunması nəzərdə tutulan tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.

 

Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunacaq. Eyni zamanda, sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işlərindən ibarət təqdimatlara geniş yer veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür