Azərbaycan yeni parlamentin astanasında

00:00 05-02-2020 | icon 690 | Siyasət
Azərbaycan yeni parlamentin astanasında

“O adamlar seçilməlidir ki, insanların problemlərinin həllinə çalışacaq, xalqa yaxın olacaqlar

 

Növbədənkənar parlament seçkilərinə çox az vaxt qalır.  Seçki aktivliyi gənc və yeni namizədlərin say çoxluğu və müəyyən dinamikanın olması ilə müşahidə olunur. Bəllidir ki, ölkə Prezidenti bu seçkilərin şəffaf, demokratik keçirilməsi ilə bağlı namizədlərə və seçicilərə öz ismarıcını verib. Eyni zamanda ATƏT, Avropa Şurası bu seçkilərin demokratik keçiriləcəyi ilə bağlı gözləntilərini dilə gətiriblər.

 

İctimai-siyasi aktivliyi ilə seçilən bir kəsimin seçki prosesi ilə bağlı münasibətini təqdim edirik.

 

Maraqlıdır, ölkəmiz hansı böyük dəyişimin astanasında və bu seçki millətin əsl vəkillərini seçməsi üçün nə dərəcədə ümidvericidir?

 

Müşahidələr indidən bu seçkilərin tam şəffaf keçiriləcəyini göstərir”

 

 Əlil Qadınları İctimai Birliyinin sədri Məhluqə Qaramanlı bildirib ki, ölkəmiz bütün sahələrdə inkişaf edir. Neft sektoru ilə bərabər özəl sektorun, kənd təssərrefatı kimi sahələrin inkişafına daha çox diqqət yetirilir. Yeniliklər isə özünü sosial , səhiyyə, təhsil, əhalinin məşğulluğu və s. sahələrdə inkişafı daha çox görünməkdədir:

 

“Bu seçkilərdə müxtəlif qurumların, partiyalarıın, QHT nnümayəndələrinin təmsilçiləri ilə bərabər, müstəqil namizədlər də təmsil olunur. Hətta 2 nəfər 19 yaşlı gənclər də öz namizədliyini irəli sürmüşlər. Göründüyü kimi hər kim istəyirsə öz namizədliyinin verilməsində heç bir əngəllik yaradılmayıb. Seçki qanunvericiliyinə əməl edən hər kəs qeydiyyata alınıb. Bunlarla bərabər Parlamentin deputat mandatı qazanan deputatlarından  da seçkilərə qatılanlar çoxdur. Hər kəs öz kampanyasını özünə uyğun qurur. Bu bir seçki sistemidir. Namizədliyini verən hər kəs öz mandatını qazanmaq üçün seçiciləri qarşısında yüksək səviyyədə təbliğatının qurulmasına çalışır”.

 

M.Qaramanlı qeyd edib ki, seçki sisteminin bir qəribəliliyi də budur ki, namizədlər tərəfindən bir birinə qarşı qarayaxmalar, seçiciləri öz tərəflərinə hər vəchlə inandırıb çəkmək kimi xoşagəlməyən hallar da var:

 

“Eyni zamanda ATƏT, Avropa Şurası bu seçkilərin demokratik keçiriləcəyi ilə bağlı gözləntilərini müşahidələrin nəticələrini görərək öz qeydlərində reallığı bildirirlər. Ölkə prezidenti cənab İlham Əliyevin də çıxışında qeyd edildiyi kimi deputat seçilib kənarda qalmamalıdır. Deputat seçiləndən sonra davamlı olaraq seçicilərinin yanında olmalıdır. Onların problemləri ilə məşğul olmalıdır. Lakin göründüyü kimi deputat mandatı qazanan parlament üzvüləri özlərini xalqın içində yox, əlçatmaz edirlər. Əhalinin problemləri ilə məşğul olmurlar. Son təbliğatlar zamanı elə müxalifət nümayəndələrinin seçicilər tərəfindən o qədər də yaxşı qarşılanmamalarının şahidi oluruq. Müşahidələr bu seçkilərin tam şəffaf keçiriləcəyini indidən göstərir. Hər kəs aktiv mübarizəyə qoşulub. Hər kəsə uğurlar arzulayırıq. Xalqın yanında olacaq namizədlərin seçilmələrinə ümidlər çoxdur. Bu bir seçkili orqandır. Burda dövlətin müdaxiləsi əsla görünmür”.

 

“Ölkə və cəmiyyət seçki ilə yaşayır, bu da demokratiyaya doğru addımdır”

 

 

Almaniyada yaşayan hüquqşünas, ekspert İlqar Altay parlament seçkisi ilə bağlı prosesə müxtəlif istiqamətlərdə aydınlıq gətirib. 9 fevral parlament seçkilərinə çox az vaxt (4 gün) qaldığını bildirən ekspert, bu günə qədər seçkiyə marağın yüksək olduğunu qeyd edib:

 

“Namizədlərin belə çox və müxtəlif spektrdən olması, seçicilərlə görüşlərdə kütləvilik, media və sosial setlərdə seçki mövzusunun üstünlük təşkil etməsi və hətta seçkini küsüb iqnor edən müxalifətin belə, marağa gəlib həvəslə deputat sıyahısı falı dərc etməsi ölkədə seçki aktivliyini göstərir və bu, təqdirə layiqdir. Ölkə və cəmiyyət seçki ilə yaşayır, bu da demokratiyaya doğru addımdır.

 

İ.Altay bu seçkilərdə iştirakı zaman və məkan baxımından uyğunsuz olsa da, hər zaman əsas marağının bütün ölkənin inkişafı, inkişafı təmin edəcək islahatların olması, islahatlara təkan verəcək yeni parlamentin keyfiyyətli olması ilə bağlı olub.  Onun fikrincə, islahatların baş tutduğu inkişaflı ölkədə, təkcə deputat deyil, hər bir ixtisaslı kadr xalqına və dövlətimə xidmətini əsirgəməməlidir:

 

“Mən bir siyasi ambisiyasız hüquqşünas, ondan da əvvəl, müstəqil, öhdəliksiz vətəndaş olaraq,Prezident İlham Əliyevin ölkəni inkişaf etdirmək niyyətinə inanır, onun da, bu yoldakı islahatlarını dəstəkləyirəm. Ən azı ona görə ki, bu gün, ölkədə özünə siyasi rəqib görməyən İ. Əliyev məntiqlə ola bilməz ki, möhkəm dövlətin, rifahlı xalqın, inkişaflı ölkənin rəhbəri olmaq istəməsin. İkincisi mən və elə də xalq görmürükmü ki, İ. Əliyevi yerindən tərpədə biləcək siyasi rəqib qüvvə, müxalifət, ya iqtidar içində üfiqdə belə yoxdur. O zaman biz reallıqla, əlində hakimiyyət, imkan, resurslar olan kəsdən rifah gözləyə bilərik. Nəinki utopik nağılbazdan.  Amma islahatlara mane olan xarici qüvvələr də, daxili qüvvələr də, təəssüf ki, müşahidə olunur. Ona görə xalq və cəmiyyət olaraq islahatlara, inkişafa mane olanlara yerini göstərməliyik.. Ölkəni geriliyə doğru sürükləyən bəzi qüvvələrə qarşı sərt qətiyyət göstərməliyik”.

 

İ.Altay bildirib ki, yeni, islahat dövrünə müvafiq və prosesə güclü təkan verən, parlamentin hakimiyyətin qolu olması çox vacibdir:

 

“O qədər vacib ki, dövlət başçısı başlatdığı hakimiyyətin icra qolundakı reformalar başa çatmamış, növbəsiz parlament seçkisi kimi fövqəladə addıma getməli olub. Burada da, söhbət, parlamentin tərkibinin yenilənməsindən gedir. Yəni söhbət konkret insan amilindən gedir, yəni tərkib-seçiləcək deputatlar nəinki millət vəkilliyi səviyyəsinə layiq olmalı, həm də bu müasir yeni dəyişiklik islahat dövrünə də uyğun olmalıdırlar. Yoxsa, bu layiq deputatdır, amma müasir dövrü, yeni dönəmin prinsiplərini qavramır, köhnəlikdə ilişib qalıb təfəkkürcə, məncə bu effekt verməz”.

 

Hüquqşünas eyni zamanda layiqsiz və uygunsuz namizədlərin parlamentə seçilə bilməməsinin qanuni əsaslarla necə tənzim oluna biləcəyini ortaya qoyub:

 

“Birincisi, ilk növbədə seçicilərimiz təbliğat dövrünü müşahidə etməklə saglam, real olaraq namizələrini müəyyən etməli, yalan hay-küy salıb vədlər verən, qoca qarı əli öpənləri ayırd etməlidirlər. Bu çox yaxşı haldır ki, seçicilərdə seçim rəyi formalaşdıra bilən dövlət rəhbərliyi, Prezident, Vitse-Prezident və həm də, Prezident Adminstrasiyası kimdən ötrüsə bunu etməyəcək. Prezident müsahibəsində dedi ki, məndən dəstək üçün xahiş edənlər olur, ancaq, dedim ki, seçicilərin hüququdur, onlarla işləyin. PA-dan Zeynal Nagdəliyev də açıqca bəyan etdi ki, köhnə qayda ilə seçki olmayacaq, bitdi artıq. Eləcə də, yerlərdəki, rayon və seçki dairələrinin nüfuzlu insanları da xalqın layiqsiz və uyğunsuz yalanci namizədlərə aldanmasına imkan verməməlidir. Hakim Yeni Azərbaycan Partiyası dövlətćiliyi və dövlətin maraqlarını, partiya maraqlarından üstün tutub, müəyyən dairələrdə hansısa müstəqil namizədin Prezidentin yeni islahat siyasətinə daha da çox uygun gəldiyini görüncə, təmiz vicdanla onları dəstəkləməlidir. MSK və Dairə seçki komissiyaları, layiqsiz və uygunsuz namizədlərin, təbliğat prosesində, nə yolla olursa olsun parlamentə düşmək yolunda seçki qanunvericiliyini pozan hərəkətlərini sərt formada qabaqlamalı və onları dərhal seçkidən kənarlaşdırmalıdır. Seçki günü layiqsiz və uyğunsuz namizədlər seçki fırıldağı və saxtakarlığına əl atarlarsa, bu zaman onların qələbəsi MSK və DSK tərəfindən tanınmamalı, təkrar seçkilər keçirilməlidir”.

 

“Bu seçkiyə maraq əvvəlki seçkilərdən daha çoxdur”

 

 

Türkiyədə fəaliyyət göstərən “Word Ponorama Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədava bildirib ki, 2017-ci ildən sonra başlanan islahatlara əsasən köhnə parlamentin buraxılması gözlənilən idi. Respublikada gedən islahatların nəticəsi olaraq Prezident  parlamenti buraxdı və növbədənkənar  seçkini elan etdilər:

 

“Bundan sonra əhalidə bir canlanma yarandı. Hər kəs deputat olmaq həvəsinə düşdü.  Siyasətdə olan, olmayan, iş fəaliyyəti olan, olmayan - hamı böyük maraqla bu kampaniyaya qoşuldu. Parlament seçkilərinə 2000 mindən çox namizəd qatılsa da, “ələnərək” bəziləri geri çəkildi”.

 

Politoloq Prezidentin öz çıxışlarında daha çox cavanlara yer veriləcəyini və islahatlardan sonra yeni kadrların, yeni düşüncənin önə çəkməsi ilə bağlı fikirlərinin əhəmiyyətini vurğulayıb:

 

“Bu gün aparılan təşfiqatlar göz qabağındadır. Tanıdığım namizədlər içərisində gənclər də var. Namizədlərdən hər biri özünə güvənir. Onların hər birinə uğur arzulayıram. Bütün bunlarla yanaşı, hesab edirəm ki, seçkidə iştirakla bağlı müəyyən bir yaş həddi və meyyarlar olmalıdır”.

 

R.Məmmədova bildirib ki, seçki ilə bağlı aparılan təşfiqatlara baxanda maraqlı nələrisə görürsən. Lakin, bəzi namizədlərin şüarları, etdiyi çıxışlar, keçirdiyi görüşlər gülünc doğurur:

 

“Əlbətdə ki, bu seçkiyə maraq əvvəlki seçkilərdən daha çoxdur. Çünki insanlar bu seçkidən yeni bir nəfəs, yeni reformalar, yeni qığılcım gözləyir. Prezident tapşırıqlar verib ki, seçkilər şəffaf keçirilməlidir.  Avropa Şurası, ATƏT  və digər  xarici müşahidəçilər də bunu dilə gətirirlər. Əgər islahatlar məmurlara münasibətdə də dəyişikliyə səbəb olacaqsa, təbii ki, bu seçki aparılan islahatların davamı hesab oluna bilər.  Xalq  həm islahatları, həm seçilən millət vəkillərini  yeni kadrları, ümumiyyətlə iqtidarın tutduğu yolu dəstəkləyəcək.  Əgər islahatlar nəticə verməsə, Prezidentin dediyi kimi məmurlar problem çıxarmağa  başlasalar, biz yenə də o  çətinliklərlə üzləşəcəyik. Namizədliyini vermiş şəxsin keçmişdə gördüyü bir fəaliyyəti olmalıdır və o, Milli Məclisdə olduğu zaman nə iş görəcəyini bilməlidir. Yəni parlamentdə təkcə düymə basmaqla iş bitmir.  Xalq hər kəsə layiqli qiymətini verib, düzgün seimini edəcəkdir”.

 

Politoloq eyni zamanda seçki texnologiyalarında olan bəzi problemlərin aradan qaldırılması üçün xarici dövlətlərin təcrübəsindən yararlanmağı da vacib hesab edib:

 

“Ümid edirəm ki, seçilən namizədlər həqiqətən də Azərbaycan xalqı üçün çalışacaqlar.  Düzgün qərar qəbul edəcək,  xalqın sözünü dövlət başçısına çatdıracaqalar”.

 

“Prezident ona görə növbədənkənar seçkilərə qərar verdi ki, yeni parlament köhnə parlamentdən fərqlənsin”

 

 

Politoloq Elxan Şahinoğlu bu seçki ilə bağlı özünün də müəyyən ümidlərinin olduğunu bildirib:

 

“Prezident ona görə növbədənkənar seçkilərə qərar verdi ki, yeni parlament köhnə parlamentdən fərqlənsin, yeni millət vəkilləri fəal olsun, təşəbbüskar olsun, qanunvericiliklə məşğul olsunlar. Müşahidə edirəm ki, bir çox namizədlər qapı-qapı gəzib seçicilərlə ünsiyyətdə olurlar. Üstəlik, Prezident Admnistrasiyasında görüşdə hakimiyyətin namizədlərinə də deyilib ki, arxayın olmasınlar, insanlarla təmaslar qurub öz səslərini qazansınlar”.

 

Politoloq hazırda seçki ilə bağlı ciddi mübarizənin getdiyini bildirib:

 

“Əgər seçki şəffaf və ədalətli keçirilməsə, seçki institutlarına inam bir az da qırılacaq. O adamlar seçilməlidir ki, insanların problemlərinin həllinə çalışacaq, xalqa yaxın olacaqlar”. /“Üç Nöqtə”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür