Azərbaycan yığmasına namizəd olan italiyalı “Spal”la müqavilə bağlayır

09:30 10-02-2020 | icon 507 | İdman
Azərbaycan yığmasına namizəd olan italiyalı “Spal”la müqavilə bağlayır

İtaliya A seriyasında növbəti baş məşqçi istefası “Spal”da gerçəkləşəcək.

 

Versus.Az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, Leonardo Sempliçinin vəzifəsindən göndəriləcək.

 

XXIII turun “Sassuolo” ilə matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra sonuncu pillədəki “Spal”ın durumu daha da ağırlaşıb. Bu, klub rəhbərliyini məşqçi dəyişikliyinə vadar edib.

 

Komandanın yeni çalışdırıcısının adı da bəllidir. Bu vəzifəyə İtaliyanın U-21 yığmasının sabiq baş məşqçisi Luici de Byaco gətiriləcək. Onunla mövsümün sonunadək müqavilə imzalanacaq.

 

Əgər italiyalı həmkarlarımızın iddiası doğrulsa, Azərbaycan millisinin baş məşqçi postuna 32 nəfərdən ibarət namizədlər siyahısı hazırlayan AFFA daha bir variantı əldən çıxacaq. İtaliyalı A seriyasının autsayderində çalışmağa üstünlük verəcək.

 

Qeyd edək ki, “Spal” 23 oyundan sonra 15 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür