DSMF-də yeni idarələr yaradıldı

16:03 17-02-2020 | icon 52 | Sosial
DSMF-də yeni idarələr yaradıldı
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb.

Versus.az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri müvafiq əmr imzalayıb.

Belə ki, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri və 1 saylı Bakı şəhər Ərazi şöbəsi üzrə mühasibat uçotunu mərkəzləşdirilmiş qaydada həyata keçirəcək.

Habelə ilkin mərhələdə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi yerinə yetirəcək.

Məhkəmə Mübahisələri ilə İş İdarəsi isə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələrini və 1 saylı Bakı şəhər Ərazi şöbəsini məhkəmələrdə cavabdeh, iddiaçı və üçüncü şəxs qismində iştirak etdikləri işlər üzrə təmsil edəcək.

Nazirliyin əmri ilə həmçinin Fondun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb. Bu idarə DSMF-nin şəhər və rayon şöbələri üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edəcək.

Bu struktur islahatı DSMF-nin yerli orqanlarının fəaliyyətinin və xərclərinin optimallaşdırlmasına, habelə idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin və operativliyinin artırılmasına xidmət edir.

 

Versus.az

Xəbər lenti

Vətəndaş Cəmiyyəti ilə bağlı “yol xəritəsi” və atılan addımlar - MÜSAHİBƏ

Rauf Zeyni: “Vətəndaş cəmiyyəti milli maraqların milli təhlükəsizliyin müdafiəsi nöqteyi-nəzərindən öz iradəsini ortaya qoydu”

"MƏN"İ MƏNƏ ANLATMA

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB bu ailələrin 1 aylıq ərzaq təminatını öz üzərinə götürdü

""Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli bu məqamda yerinə düşmür"

Mədəniyyət komitəsinin sədri bir sıra təkliflərlə çıxış edib

Kürdəmir spirt emalı zavodunun rəhbərliyi Prezidentin çağırışına qoşuldu /VİDEO+FOTO/

İşsizlərə müavinətlər ATM-lər vasitəsilə veriləcək

"Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar

Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlər haqqında

"Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur"

“Biz tarixi dəyişdirə, tariximizdən imtina edə bilmərik”

"Özümü, bizi, hamımızı daha da ruhlandırırıq"

Laçınlı aztəminatlı ailələrə yardım verilməsi davam etdirilir

“Adına torpaq olanlar yardımdan kənarda qalır, buna təkrar baxılmalıdır”

İşsizlər üçün birdəfəlik ödəmə kimlərə veriləcək?

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..

Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib

"Avstraliya Dağlıq Qarabağdakı "seçkilər"i tanımır"

Muzdlu işçilərə 215 milyon manat həcmində kompensasiya veriləcək

Bir millət aydınlarından yenilər

Bu tələbələrin təhsil haqqı ödəniləcək

İcazəsiz hərəkət edən şəxslərin barələrində tədbirlər görülür - FOTO

Arzu Bağırova da yardımlaşma kampaniyasına başladı

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

“Kimsə onları psixoloji terapiyaya məcbur edə bilməz”

"İnsanlar üzərində ilk tədqiqatlar aparılmalıdır"

Kolumbiya Venesuelanın yardımından imtina edib