QƏLƏBƏ QAZANMAĞA POTENSİAL NAMİZƏD İLHAM ƏLİYEVDİR

14:38 28-02-2018 | icon 873 | Siyasət
QƏLƏBƏ QAZANMAĞA POTENSİAL NAMİZƏD İLHAM ƏLİYEVDİR

"Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcək. Bu bizim partiyamızın birmənalı mövqeyidir".

Versus.az-ın məlumatına görə, bunu DADP sədri Əlisahib Hüseynov deyib:

"Bu mövqedən çıxış etməyimizin ilkin və başlıca səbəbi bizim iqtidaryönlü partiya olmağımızla bağlıdır. Bizim partiyamız uzun illərdir ki, YAP-ın müttəfiqlərindən biri sayılır. Biz hesab edirik ki, hazırkı seçkidə İlham Əliyevin real alternativi yoxdur. Hərçənd ki, seçkiyə qatılmaq istəyənlərin, prezidentliyə namizədliyini irəli sürənlərin sayı çoxdur, amma qələbə qazanmağa ən potensial namizəd İlham Əliyevdir".

Əlisahib Hüseynov bildirib ki, məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik yaranıb və ölkənin hərbi potensialı əhəmiyyətli dərəcədə artıb:

"Azərbaycan nüfuzlu beynəlxlaq humanitar forumlara, idman yarışlarına ev sahibliyi edən ölkə imici qazanıb. Azərbaycan beynəlxalq arenada etibarlı iqtisadi tərəfdaş kimi qəbul edilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantlarından biri sayılır. Bütün bunlar məhz İlham Əliyevin çoxşaxəli siyasətinin nəticələridir".

Partiya sədri qeyd edib ki, DADP bütün bu amilləri nəzərə alaraq müttəfiq Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyini dəstəkləyəcək:

"Bu məqsədlə partiyamızın seçki qərargahı təbliğat-təşviqat səpkili tədbirlər həyata keçirəcək, seçiciləri 11 apreldə məhz İlham Əliyevə səs verməyə dəvət edəcək. Biz İlham Əliyevin qarşıdaki prezidentlik müddətində daha böyük uğurlara imza atacağına inanırıq".

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür