Yığmamız Macarıstan, Slovakiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq

11:16 24-02-2020 | icon 255 | İdman
Yığmamız Macarıstan, Slovakiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu il bir neçə yoxlama görüşü keçirəcək.

 

Versus.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.

 

41 yaşlı mütəxəssis yığmamızın əvvəlcə mart ayında Macarıstanla qarşılaşacağını söyləyib:

“Martın 12-də Bakıda toplaşacağıq, 16-da isə artıq Macarıstanda olacağıq. Yerli komanda ilə ayın 17-də və 19-da yoxlama görüşləri keçirmək planlaşdırılıb. Macarıstanın bu yaş qrupu ötən il dünya çempionatının iştirakçısı olub. Bu baxımdan onlarla qarşılaşmaq bizim üçün çox maraqlıdır”.

 

Əliyev AVRO-2021-in seçmə mərhələ oyunlarına qədər millimizin hər ay toplaşacağını vurğulayıb. Hətta yoxlama görüşləri keçiriləcək bəzi rəqiblərin adları da məlumdur:

“Oktyabrda Avropa çempionatının seçmə mərhələ matçları olacaq. Həmin vaxta qədər hər ay təlim-məşq toplanışımız olacaq. Bəzi aylarda yoxlama görüşündə üz-üzə gələcəyimiz rəqiblər bəllidir. İyunda Bosniya və Herseqovina ilə iki oyun keçirəcəyik. Həmin vaxt Bakıda Avropa çempionatının oyunları olacağı üçün bosniyalıları Qəbələdə qəbul edəcəyik. Bundan başqa, sentyabrda Slovakiya ilə səfərdə yoxlama görüşləri keçirəcəyimiz də dəqiqdir. Digər aylarla bağlı danışıqlar isə davam etdirilir”.

 

Qeyd edək ki, U-19 millimiz AVRO-2021-in seçmə mərhələsində Fransa, Yunanıstan və Moldova ilə 8-ci qrupda mübarizə aparacaq. Qrup oyunları oktyabrın 7-13-ü aralığında keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür