"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

13:38 26-02-2020 | icon 1112 | Köşə
"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

İRƏLİ GETMƏNİN DÜSTURU

 İGİD TEYMURLU

 

Dəyərli Elman Eldaroğlu deyir ki, "Yardımlı camaatı menşeviklərə(azlıq) və bolşeviklərə (çoxluq) bölünüb. Bunlarla irəli getmək olmaz"...Xub.


1917-ci ilin yayında Petroqradda Ümumrusiya Sovetlər Konqresində iclasa rəhbərlik edən İrakli Tsereteli "ölkə üçün çətin vəziyyətdə bütün qərarlara cavabdeh olmağa hazır olan bir partiya varmı?" deyəndə Lenin də "belə bir partiya var!" deyə cavab vermişdi.

 

İndi onların sözü olmasın, ay Elman bəy, Yardımlıda güvəniləcək kifayət qədər gənclik var. Yetər ki, o gəncliyin arzu və istəkləri yerli mətbuatda öz əksini tapmış olaydı və yetər ki, yerli mətbuat bir az cəsarətdə bulunub zamanı fövtə verməzdi. İşsiz, gücsüz, quru çörəyə möhtac edilən gəncliklə bağlı heç mərkəzi mətbuatı demirəm, yerli mətbuatın özü də bununla bağlı ətraflı tanıtımlar etməyib...


Əvəzindəsə Yardımlının alim "Plexanovları" da elə Yardımlının "Romanovları"nın yanında olublar, bölgənin durumunu yaxşılaşdırmaq üçün, ağır sosial durumdan qurtulmaq üçün hansısa ideyada bulunmayıblar, sizin ideoloji maşınınız da olub bunların əlində bir rupor...
Çox yerdə olduğu kimi elə Yardımlıda da bir hakimi-mütləq, bununla paralel olaraq liberal düşüncəlilər və Çörçill demişkən. "ən iyrənc idarəetmə vasitəsi olan demokratiya"nın əməldə deyil, sözdə daşıyıcıları olub ki, bu da gözdən könüldən iraq olan bu rayonu taleyin ümidinə buraxıb. Mütləqiyyət cəbhəsinə yerli icra nümayəndələri və bələdiyyələr, vəzifə peşində olan "qulluqçu" məmurların bürokratiyası və buna müqabil əyilə-əyilə o məmurların qapısından girib çıxsalar da, çıxandan sonra o məmurlar haqqında siyasi əxlaqla uyuşmayan ifadələr işlədən ikiüzlülər ordusunun “məndən ötsün” prinsipiylə etdikləri yaltaqlıqlar və şəxsi qazanc problemlərə biganə münasibətləri Yardımlını dərin böhran və tənəzzül vəziyyətinə gətirib çıxardı. Bu konuda məmurlara yaltaqlanan ikiüzlülər ordusuyla elə yerli camaatın özü ilk qınaq obyektidir. Yerli problemlərlə bağlı informasiyaları tam zamanında yuxarı instansiyaya vermək əvəzində problemin həllində yükümlü olan "qulluqçular"dan ibarət yaltaq xor kapellası öz kresloları və kəndlilərinə nisbətdə daha yaxşı yaşamaları naminə öz ariyalarını yuxarı instansiyalar qarşısında oxuyub hər şeyi ört-basdır etməklə məşğul olublar. Belələriylə bəli, qətiyyən uzağa getmək olmaz.

 

Belələri həm yuxarı instansiyaların çinovnikləri, həm də aşağı təbəqənin nümayəndələri üçün tam qorxuludur. Sadəcə olaraq, belə adamlar zərbə endirmək üçün sarsıdıcı bir anı gözləyirlər ki, dünən can dediyinin bu gün qanını töksün...
""Menşeviklər"ə və "bolşeviklər"ə bölünən Yardımlı camaatı"nın maarifləndirilməsində görən Sözün və İmkanın "Zirvə"sində dayananlarımız hansı addımları atıblar? Yardımlıda "solluq xəstəliyi"nə düçar olanların, "sağçılar"ın davranışlarına ləbbeyk deyənlərin mövqeyinin daha da inkişaf etməsinə kimlər rəvac veriblər? Yardımlının yerli mətbuatı yazdımı bunlardan? Yardımlının “Romanovlar sülaləsi”, “milli hökumətimiz”ə zərbə vuranları, Plexanovu, Trotskisi, Çiçerini və Volodyası kim olub, Elman Eldaroğlu? Bölgü haqqında yox, bəlkə bölgünü yaradan səbəblər haqqında danışasınız.  "Bolşeviklər"dən ibarət "üçlüyün" gilyotin aparatının Yardımlıda fəaliyyəti hansı səviyyədə olub və kimlər bu aparatın qurbanı olub, haqqında söyləyə bilmisizmi? Və Sizin "Zirvə"nizdən təqdim etdiyiniz "Pravda"nız zaman etibarilə bunlar haqqında nələri söyləyib ki, "Yardımlının səsi" də haralardasa eşidilməyib?  Sizlər toponmlərin dəyişdirilməsilə bir işğal siyasətinin həyata keçirilməsini bəyəm bilmirsiniz? Bu gün Yardımlıda yolun, qazın. suyun, işığın olmamasından da betər toponimlərin dəyişdirilməsi, tariximizə biganəlik mənəviyyatımıza, tariximizə vurulan böyük bir zərbədir.

 

Siz Elman Eldaroğlunun da vurğuladığınız "250 minlik yardımlılar" ordusunun tanınmış ziyalıları əgər bunu görmürlərsə və görüb susurlarsa, fərd olaraq bu adamlar mənim üçün ziyalı yox,  bütövlükdə cəmiyyətimiz üçün ziyanlı təbəqənin nümayəndələridir. Bu tarixçi professorlar bəyəm bunu bilmirlər, bəyəm bunu görmürlər? Nədən bunca zaman çərçivəsində bu ordu susub, nədən bu ordu toplumsal halda Milli Məclisə bu konuda bir müraciətdə bulunmayıb.

 

Tarixçi professorumuz Musa Qasımlının trollar ordusu məni ittiham edib toponimlərin dəyişdirilmə tarixini 2012-ci il kimi göstərib "sənin müdafiə etdiyin Sabir Rüstəmxanlının zamanında olub bu, deyərdin də Sabir Rüstəmxanlıya!" ironiyası ilə çıxış etdilər. Eləcə də yol məsələsində, eləcə də qaz məsələsində, eləcə də mədəni maarif ocaqlarının olmaması məsələsində.  Halbuki zamanında bu iradlar Sabir bəyə də bildirilib və o da parlament tribunasından bu konuda öz fikirlərini səsləndirib. Parlament iclaslarının stenoqramları buna şahidlik edir. Belə yanaşmaya nə ad verək? Və bütün bunlarla bağlı nə yerli icra nümayəndələri, nə yerli bələdiyyələr, nə Elman Eldaroğlular danışıb!!!
Qazın çəkilməsi, qazın verilmə zərurətilə bağlı gözəl müraciətlərdən birini etdiniz, təşəkkürlər min dəfə. Buyurun toponimlərlə bağlı elə tarixçi professorlarımızın akademik və əsaslandırılmış şəkildə bir müraciətini də Milli Məclisə ünvanlayın.


Sizin dediyiniz professorlar paytaxt Bakıda bir yolka ağacı əkib guya ki, ekologiyanın qorunması peşində olduqlarını ortaya qoymağa çalışırlar, ancaq bununla paralel bir zamanda Yardımlı meşələrinin kolat edilməsinin peşində də deyillər!!!


Sizin dediyiniz professorlar Yardımlının Xəqani Cəfərovun timsalında Qarabağ qazisinin tapdalanan  haqlarını görmədilərmi? O bir hərbçi olaraq siyasi texnologiyanın fəndlərindən müəyyən mənada düzgün istifadə etməyəndə hansı birisi bu Döyüş Adamının yanında oldu, amma o bir Döyüş Adamı olaraq Yardımlı adını göylərə qaldıraraq çoxlarının küncdə bucaqda gizlənməsini canı bahasına, qanı bahasına kmpensasiya etməyi bacarmışdı. Bu mənada mədh etdiyiniz ziyalıların yeni ziyalılar yetirə bilməmələri, öz gücü hesabına önə çıxanlara əngəl olmamalrı baxımından onlara qınaq obyektləridir.   

Sizin dediyiniz professorlar  paytaxt Bakıda "inkişaf etmiş Azərbaycan"dan cəmiyyətə mühazirə oxuyurlar, ancaq yolsuz, qazsız, klubsuz, kitabxanasız, tibb məntəqəsi olmayan, tarixi tapdalanan ODURAĞARAN kəndinin problemlərini nə görürlər, nə də görmək istəyirlər. Dövlətə və millətə xidmət belə olmur. Elman bəy!...


Dəyərli Elman Eldaroğlu, dövlətimizin və millətimizin naminə irəli getmək istəyiriksə demokratiyanın ən ilkin şərti olan savabdehlik və məsuliyyət hissini olduğu kimi anltmalıyıq: yerli menşeviklərə də, yerli bolşeviklərə də. Özümüz də əməlimizlə bu mücadilənin ön sıralarında olmalıyıq. Onda irəli getmək olar. İrəli getmənin düsturu bu...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR