Həkim-ginekoloqdan sağlam yaşam fəlsəfəsini açan

           YENİ KİTAB

20:30 29-02-2020 | icon 1438 | Ədəbiyyat
Həkim-ginekoloqdan sağlam yaşam fəlsəfəsini açan
           YENİ KİTAB

“AL MAdan AL ANA ya”…

 

Martın 29-da “Azərkitab” Kitab Mərkəzində həkim – ginekoloq, insan təbiəti və onun sağlamlığı ilə bağlı öz fəlsəfəsi olan Firəngiz Rüstəmovanın müəllifi olduğu iki - “AL MAdan AL ANA ya”və “Ginekoloqun Gündəliyindən” kitabının təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, kitabın təqdimatında müəyyən sahələr üzrə tanınan, öz peşəkarlığı ilə seçilən, fəaliyyət göstərən xanımlar, eləcə də Rüstəmovanın həkim həmkarları iştirak ediblər.

 

Tədbir iştirakçıları çıxış edərək, müəllifin yaradıcılığından söz açıb, ərsəyə gələn bu kitabın əhəmiyyətindən danışıblar. Eyni zamanda belə bir kitabın maraqla oxunacağına inanaraq, oxucunun fiziki sağlamlığı, eləcə də mənəvi zənginləşməsi üçün töhvə verə biləcəyinə əminlik ifadə ediblər.

 

Tədbirdə çıxış edənlər həkim-ginekoloqun bu kitabda insanların bədən sağlığı üçün əhəmiyyətli olan meyvələrin xeyirlərini təqdim etməklə yanaşı, həm də sözlərin tarixi kökünü araşdırıb, ana dilimizin milli-mənəvi zənginliyini ictimaiyyətə çatdırılması, ana dilində işlətdiyi sözlərin etmologiyasına bələd olmaları baxımından da dəyərli bir vasitəçi kimi önə çəkiblər.

 

Çıxışçılar həkimin yüksək şəxsi dəyərlərə malik olmasını xüsusilə vurğulamaqla, ona təbriklərini və sevgilərini bildirdilər.

 

Digər “Ginekoloqun Gündəliyi” kitabı isə həkimin pasiyentlərlə ünsiyyət formalarına güzgü tutmaqla, insanların problemlərinə laqeyd qala bilməyən insan, işini sevən savadlı bir həkim, gözəl ziyalı, ailə başçısı kimi şəxsi keyfiyyətlərini də ortaya qoymuş olur.

 

Qeyd edək ki, oxucular F.Rüstəmova ilə ilk dəfə müəllifi olduğu “Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu” kitabından tanıyıb və bir həkimin bitkilərlə müalicəyə bu qədər üstünlük verməsini heyrətlə qarşılamaqla yanaşı, yüksək dəyərləndiriblər. Əgər Firəngiz xanım 1-ci kitabda bir həkim-ginekoloq kimi bitkilərlə müalicənin əhəmiyyətini önə çəkirdisə, bitkilərə bir həkim, həm də bir bioloq-loğman yanaşması vardısa, yeni “AL MAdan AL ANAya” kitabında ALMA və digər meyvələr mərkəzə çəkilərək, o meyvələrin üzərindən qədim türk sözlərinin sözlərinin və ifadələrin etimoloji izahına geniş yer verib. Bu kitabda ALMA meyvəsinin nümunəsində həyata, dünyaya fəlsəfi bir yanaşma ifadə edilir. Müəllif ALMA meyvəsini qədim türklərdə meyvələrin həm atası, həm anası kimi təqdim edir. Oxucunu Alma adı ilə bağlı qədim tarixi kökünə aparmaqla bu sözün qaynağını, türkçülüyə bağlılığını ortaya qoyur.

 

Tədbirdə çıxış edən Firəngiz Rüstəmova ərsəyə gətirdiyi kitab haqqında çox maraqlı izah verib.

 

Bildirib ki, qədim türklərdə meyvələrin həm anası, həm də atası hesab edilən, Qafqazda, Anadoluda yaranmış Almanın dünyaya, Mərkəzi Asiyadan, daha doğrusu, Qazaxstandan, yayılması ehtimal edilir.

 

“Demək olar ki, əksər hava şəraitində yaşaya bilən, bütün dünyaya yayılmış bu qədim meyvənin o qədər çox növü var ki, əgər gündə bir növ alma yemək istəsək, 20 il vaxt lazım gələr ki, bütün növlərin dadına baxa bilək. Çünki almanın 7000-ə yaxın növü var. Latın dilində Malus adlanan Alma ağacı və ya meyvəsi - gülçiçəklilər (latın d. Rosaceae) fəsiləsinə aid olan bitki növüdür. Bu fəsilə və ailə bir sıra tanıdığımız - Armud, Heyva, Badam, Ərik, Albalı, Gilas, Gavalı, Alça, Şaftalı və s. kimi meyvələri də özündə birləşdirir.

 

ALMA prototürk sözü olub, demək olar ki, türk xalqlarının hamısında fonetik olaraq eyni cür səslənir”- deyə, həkim bu meyvənin insan orqanizmi üçün xeyirli tərəflərinə də toxunub və kitabın nəyə görə məhz “AL MAdan AL ANAya” adlandırmasını türkçülüyün tarixi kökündəki rolu, ANAlıq fəlsəfəsi, sevgi, qismət, əbədilik, övlad simvollarının qorunub saxlanması və sair mənalarının açmasının verilməsi ilə izah edib. Bu kitabda F.Rüstəmova bir tarixi araşdırmaçı kimi də çıxış etməklə oxucularını bu dəfə də heyrətləndirə bilir.

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq