Azərbaycanlı aktyor beş günlük övladının şəklini paylaşdı - FOTO

00:39 09-03-2020 | icon 576 | Şou-biznes
Azərbaycanlı aktyor beş günlük övladının şəklini paylaşdı - FOTO

Xəbər verdiyimiz kimi, Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd növbəti dəfə ata olub.

 

Aktyor beş günlük övladı ilə çəkilmiş fotosunu sosial media hesabında paylaşaraq yazıb:

“Xoş gəldin dünyaya, xoş gəldin yanımıza, xoş gəldin aramıza... Turqayım dünyaya gələndə dərk edə bilmirdim, hisslərim qarışıq idi, yavaş-yavaş yaşadım bu atalıq hisslərini. Amma Turqayımdan səkkiz il sonra sənin doğulmağın mənə birbaşa atalıq hislərini yaşada bildi. Səni doğulmamışdan çox istəyirdim, doğulandan sonra da bu istəyin gerçək olduğunun şahidi oldum. Dədəm Qorqud demişkən, adını Turan qoydum, yaşını tale versin. Adınla ucalasan, adınla yüksələsən, adınla böyük olasan, əziz oğlum. Sən bizim həyatımıza nə tez, nə də gec gəldin. Sən elə öz yerini bilib vaxtında gəldin bu dünyaya. Elə bir ömür yaşayasan ki, mən Turanın dövründə yaşamışam desinlər... Gəlişin mübarək olsun, Turanım”.

 

Qeyd edək ki, Tural "Ata ocağı", "Qara yazı", "Vicdan haqqı", "Həyat varsa", "Sirr", "Son hədd" kimi seriallarla məşhurlaşıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür