Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb

13:04 12-03-2020 | icon 297 | Sosial
Bakıda bitki yağ spredinin kərə yağı kimi qablaşdırıldığı anbar aşklarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən monitorinqlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirilib. 

 

AQTA-dan Versus.Az-a verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək “Goldenline” slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib. Eyni zamanda yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.

 

Anbarda xammal kimi 670 kq, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək  kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitunun müvafiq labortoriyalarına təqdim olunub.

 

Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür