Parlamentdə Qarabağ Komitəsinin yaradılması, “Soyqırımı haqqında” qanunun qəbulu təklif edilib

14:23 13-03-2020 | icon 299 | Siyasət
Parlamentdə Qarabağ Komitəsinin yaradılması, “Soyqırımı haqqında” qanunun qəbulu təklif edilib

“İşğal olunmuş torpaqlar haqqında qanunun yaz sessiyasının Qanunvericilik İşlər Planına daxil edilməsinə ehtiyac var”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Milli Məclisin  plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə millət vəkili Elman Məmmədov bildirib.

 

E. Məmmədov deyib ki, eyni zamanda parlamentdə Qarabağ Komitəsi yaradılmalıdır:

“Xalqımız dəfələrlə soyqırımına məruz qalsa da, biz hələ “Soyqırımı haqqında” qanun qəbul etməmişik. Bir həqiqət var ki, məcburi köçkünə müavinət onun məcburi köçkün statusuna görə verilir. Ancaq Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarında kifayət qədər ziddiyyətlər var. Bu ziddiyyətlər aradan qaldırılmalıdır”.

 

Millət vəkili qeyd edib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə ya qapalı, ya açıq müzakirələr keçirilməlidir:

“Bu məsələ Milli Məclisin Qanunvericilik İşlər Planına daxil edilməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür