Xərçəng hüceyrələrini ac saxlayaraq öldürmək mümkündür

12:15 14-03-2020 | icon 524 | Sağlamlıq
Xərçəng hüceyrələrini ac saxlayaraq öldürmək mümkündür

Cons Hopkins Universitetinin alimləri xərçəng hüceyrələrini məhv etmək üçün yeni üsul tapıblar. Məlum olub ki, qanda xolesterinin səviyyəsini azaltmaq üçün nəzərdə tutulmuş statin preparatları “şişi acdıraraq”, onun böyüməsinin qarşısını alır.

 

Versus.Az xəbər verir ki, bu barədə “MedicalXpress”də yerləşdirilmiş relizdə deyilir.

 

Tədqiqatçılar PTEN genində mutasiya olan hüceyrələrin məhv edilməsində ən effektiv preparatları müəyyən etmək üçün FDA (Qida və dərman vasitələrinin keyfiyyətinə sanitariya nəzarəti İdarəsi) tərəfindən təsdiqlənmiş 2500 dərmanı analiz ediblər. 

 

Bu gen şişlərin böyüməsinin qarşısını alan fermenti kodlaşdırır. Nəticələr göstərir ki, statinlər, xüsusilə də pitavastatin xərçənglə mübarizə aparmağa qadirdir.

 

Statinlər zülalların hüceyrə membranlarına bağlanmasına cavabdeh olan geranilgeranil pirofosfat (GGPP)  molekulunun yaranmasına maneə törədir. GGPP xərçəng hüceyrələrinin böyüməsinə kömək edərək, statinlərin təsirini ləğv edə bilər. Pirofosfatın sintezinə cavabdeh olan fermentin işinə maneə yaradıldıqda, PTEN mutasiyaları olan xərçəng hüceyrələri hərəkət etmək və böyümək üçün lazım olan qida maddələrini udmağı dayandırır. Bu isə onların ac qalmağına və nəticədə ölməyinə gətirib çıxarır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür