Səhiyyə Nazirliyi adından rüşvət alanın mesajları yayıldı

17:03 16-03-2020 | icon 826 | Sağlamlıq
Səhiyyə Nazirliyi adından rüşvət alanın mesajları yayıldı

3100 manatlıq rüşvət əməliyyatı

 

Gədəbəy rayon Zəhmət kənd sakini Almaz Abdullayeva Anews.az-ın  email ünvanına göndərdiyi şikayət məktubunda Qara Qarayev adına Uşaq Xəstəxanasının əməkdaşının ondan Səhiyyə Nazirliyi adından 3100 manat rüşvət aldığını  bildirir.

 
 
Versus.Az həmin məktubu təqdim edi:
 
 
"Uzun illər Gədəbəy rayon Slavyanka kənd xəstəxanasında ginekoloq işləmişəm. 2016-cı ilin yay ayları idi.  Kurs keçib sertifikat almaq  üçün Bakıya getdim.  Kursda Qara Qaarayevev adına Uşaq Xəstəxanasının əməkdaşı Əzizova Xanımcan Nüsrət qızı ilə tanış oldum. Həmin xanımla söhbət əsnasında 2016-cı ilin sonlarında  yaşla əlaqədar tibbdən uzaqlaşdırılacağımı dedim. Xanımcan xanım bu işi həll edə biləcəyini söylədi. Özünün Səhiyyə Nazirliyində adamı olduğunu, onunla danışıb xəbər edəcəyini söylədi”, – deyə xanım bildirir.
 
 
Onun sözlərinə görə, problemlər elə bundan sonra başlayıb. "Xanımcan xanım mənə zəng etdi ki, Səhiyyə Nazirliyi ilə danışmışam. Sən  müqavilə ilə işləyə bilərsən. Lakin bu işin alınması üçün nazirlikdən pul istəyirlər. Məndən müxtəlif vaxtlarda Səhiyyə Nazirliyi adından  2500, 400, 200 manat (toplam üst-üstə 3100 manat) pul aldı. Mənə bunu dostluq xatirinə etdiyini vurğuladı. Aldığım pulu Səhiyyə Nazirliyindən istəyirlər. Pulu aldıqdan sonra nə iş düzəltdi, nə də pulumuzu geri qaytardı. Müxtəlif  bəhanələrlə  pulu qaytarmaqdan yayınır” – deyə, Almaz xanım əlavə edir.
 
 
Almaz Abdullayeva pulunun geri qaytarılması üçün Səhiyyə Nazirliyindən və hüquq-mühafizə orqanlarından kömək istəyir.
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı i Elvin Hacıyev ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışsaq da zənglərimizə cavab verilmədi.
 

Məlumata dair fotofaktlar:





 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür