Deputatdan təklif: “Bayram günü hamı eyni vaxtda şam yandırsın”

16:50 17-03-2020 | icon 462 | Sağlamlıq
Deputatdan təklif: “Bayram günü hamı eyni vaxtda şam yandırsın”

Rəşad Mahmudov: "Öz sağlamlığını riskə atan həkimləri günümüzün qəhrəmanı hesab etsək, yanılmarıq"

 

“Hər bir fərd öz sağlamlığı ilə yanaşı, başqalarının sağlamlığı ilə bağlı məsuliyyət daşımalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bugünkü plenar iclasında deyib. 

 

O, bildirib ki, bu məsələdə məsuliyyət hər bir vətəndaşın üzərinə düşür: 

 

“Bu virusa zərərsiz qalib gəlmək bugünkü tibbin reallığında mümkün deyil. Hamını nizam-intizama dəvət etməyi özümə borc bilirəm. Bu gün hamı evində oturub prosesi izləsə də, öz sağlamlığını riskə atan həkimləri günümüzün qəhrəmanı hesab etsək, yanılmarıq. Bəzi hallarda qınaq obyektinə çevrilən həkimlərimizə bu gün gördüyü işlərə görə təşəkkür edirik”. 

 

Millət vəkili təkliflə də çıxış edib:

“Eyni zamanda, təklif edirəm ki, Novruz bayramı axşamı təyin edilmiş eyni vaxtda ölkəmizdə hamı şam yandırmaqla ümummilli məsələlərə öz dəstəyimizi bildirsin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür