Vətəndaş Cəmiyyətinin inkişafında əsas fiqur

18:49 18-03-2020 | icon 431 | Cəmiyyət
Vətəndaş Cəmiyyətinin inkişafında əsas fiqur

Nüşabə Məmmədova: “Məhz bu cür münasibət vətəndaş cəmiyyətlərinin aktiv olması, əsas fiqura çevrilməsi üçün əsas şərtdir”

 

Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında etdiyi məlum çıxışında əsas diqqəti ölkədə ictimai nəzarətin gücləndirilməsinə yönəltməsi geniş ictimai marağa səbəb olmaqla,  müzakirələrə səbəb olub.  Qeyd edək ki, həmin çıxışında Prezident ictimai nəzarətin çox zəif olduğunu söyləməklə yanaşı vətəndaşlara bu istiqamətdə aktivliyinin artırılmasını tövsiyə edib.

 

Hazırda İctimai nəzarətin daha fəal işləməsi və insanların çəkinmədən problemlərin üzərinə gedərək məsələni aidldiyyatı orqanlar qarşısında qaldra bilməsi, irəli sürülən nöqsanların öz həllini tapması,  ictimai nəzarətin bu istiqamətdə özünü lazımi formada göstərə bilməsi üçün vətəndaş cəmiyyətlərinin böyük rola malik olduğu xüsusilə önə çəkilir. Və təbii ki, bunun üçün müəyyən addımların atılması tələbi qarşıya qoyulur.  Ümumilikdə isə vətəndaş cəmiyyətlərinin aktiv fəaliyyəti istiqamətində əsas addımların nədən ibarət olması və mövcud problemlərin aradan qaldırılması üçün hansı təxirəsalınmaz işlərin görülməsi gündəmin əsas tələbi və müzakirəsi olaraq çözülməkədir.

 

Mİlli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”yə danışıb. Versus.Az onun münasibətini təqdim edir.

 

“Həllini gözləyən ciddi problemlər istisna deyil”

 

N.Məmmədova bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Parlamentin ilk iclasında bir çox mühüm məqamlar, o cümlədən ictimai nəzarətin gücləndirilməsi ilə bağlı mesajları xüsusi əhəmiyyətə malikdir.  Onun sözlərinə görə, Son 15 ildən çox zaman ərzində ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, şəffalığın artırılması istiqamətində islahatlar aparılmaqdadır.

 

“Cənab Prezidentin fərmanı ilə “İctimai iştirakçılıq haqqında” Qanunun, Açıq hökumətin təşviqinə dair proqramların, o cümlədən, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul olunması vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə fəaliyyəti üçün yaradılan münbit şəraitdir. Xüsusilə, vətəndaşların dövlət idarəetməsində iştirakını təmin etmək məqsədilə "İctimai iştirakçılıq haqqında" qanunun qəbul edilməsi ilə ölkədə dövlət qurumları nəzdində ictimai şuraların yaradılması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın dinamik inkişafı istiqamətində vacib addımlardan biri idi. Bu, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında mövcud baryerlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadı. Lakin bütün bunlarla yanaşı həllini gözləyən ciddi problemlər istisna deyildir”.

 

N.Məmmədova hesab edir ki, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin yerlərdə fəaliyyəti üçün bəzi icra strukturları tərəfindən maneələr hələ də qalmaqdadır.

 

“Digər tərəfdən yaradılan İctimai Şuraların düzgün fəaliyyətinin tənzimlənməsi istiqamətində də diqqətin artırılmasına ehtiyac vardır. Yaradılan İctimai Şura, tərkibinə daxil olduğu qurumun maraqlarını ifadə etməkdə deyil, əhalinin problemlərini araşdıraraq həlli istiqamətində təşəbbüslərlə çıxış etməli və həllinə nail olmaq istiqamətində iş aparmalıdırlar. Cənab Prezidentin qeyd etdiyi kimi, ictimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Məhz vətəndaş cəmiyyəti institutlarının, o cümlədən biz ictimai təşkilatlar olaraq, xüsusilə müvafiq dövlət qurumu nəzdində olan İctimai Şuralarda fəaliyyət göstətən qeyri-hökumət təşkilatları olaraq, əsas məqsədimiz xalq arasında olmaq, mövcud problemlərin həlli istiqamətində müvafiq qurumlar qarşısında təşəbbüslərlə çıxış etmək və beləliklə əhalinin inamını, etibarını qazanmaqdr. Bu istiqamətdə müsbət nəticələr var. Ümid edirik ki, bu fəaliyyət daha da mütəşəkkil forma alacaqdır”.

 

Təbii olaraq bir çox ekspertlər Vətəndaş Cəmiyyətinin yaranmasını, inkişafı və öz üzərinə düşən məsuliyyətini düzgün dərk etməsini dövlətin inkişafı prosesində əsas xəttlərdən biri kimi önə çəkir. Məsələyə birmənalı yanaşmayan tərəflər hesab edirlər ki, Vətəndaş Cəmiyyətləri üçün qanunla nizamlanan siyasi xəttin qurulması və onun doğru-düzgün reallaşdırmasını tələb edən mövqe ortaya qoyulmalıdır. Eləcə də bu prosesdə əsas aparıcı fiqurların nədən ibarət olması və öz rolunu və funksiyasını nə dərəcədə düzgün oynamalı olduğu müzakirə olunmaqla fəaliyyət istiqamətlərinin qarşısına vəzifələr qoyulur.

 

“Artıq Vətəndaş Cəmiyyətlərinin əsas fiqura çevrilməsi üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır”

 

Vitse-prezident N.Məmmədova bu məsələyə fərqli aspektdən yanaşmaqla aydınlıq gətirib. O, bildirib ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi sonrakı ilk dövrdə ölkə iqtisadiyyatının təhsil sisteminin və digər bütün istiqamətlərdə aparılan köklü quruculuq islahatları ilə yanaşı vətəndaş cəmiyyətinin yaradılması istiqamətində də ilk addımlar atıldı. Ölkədə vətəndaş cəmiyyətinin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi onun dövlətin inkişafı prosesində əsas xətlərdən biri kimi qanunla önə çıxması siyasəti ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, ölkədə vətəndaş cəmiyyəti institutlarının yaranması və formalaşması istiqamətində prioritet addımlar atıldı.

 

“Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkədə vətəndaş cəmiyyətinin inkişafı və onun dövlətin inkişafı prosesində önə çıxması üçün siyasi plüralizm yüksək səviyyədədir. Məhz ölkə rəhbərliyi tərəfindən yaradılmış münbit siyasi plüralizm şəraitində vətəndaş cəmiyyətinin dövlətin inkişafı prosesində əsas xətlərdən biri kimi önə çıxması üçün bu sahə üzrə rəhbər dövlət strukturları və vətəndaş cəmiyyəti ekspertlərinin birgə səyi ilə inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edərək islahatların aparılması yeniliklərin tətbiqinə ehtiyac vardır”.

 

Bu prosesdə əsas aparıcı fiqurların nədən ibarət olmasına gəlincə, N.Məmmədova  bildirib ki, burda yeganə fiqur varsa, o da Vətəndaş Cəmiyyətinin özüdür, vətəndaş cəmiyyətinin aparıcı qüvvələridir.

 

“Çünki dövlət tərəfindən yaradılmış belə bir şəraitdə, cənab Prezidentin özünün də qeyd elədiyi kimi, ictimai nəzarət, şəffaflıqla bağlı bu dərəcədə müraciət edilsə də, yenə də ictimai nəzarət istədiyimiz səviyyədə deyil. Məhz bu cür münasibət vətəndaş cəmiyyətlərinin aktiv olması, əsas fiqura çevrilməsi üçün əsas şərtdir. Çünki artıq Vətəndaş Cəmiyyətlərinin əsas fiqura çevrilməsi üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır. Bu məsələnin dövlətin inkişafı prosesində əsas xətlərdən biri kimi   önə çıxması üçün islahatların aparılmasına əlbəttə ki, ehtiyac vardır. Bu islahatlar nədən ibarət olacaq və bu istiqamətdə vətəndaş cəmiyyətinin dövlətdən alacağı dəstək nə olacaq diqqətlə araşdırılmalıdır. Belə ki, vətəndaş cəmiyyətləri dövlətdən hansı dəstəyi görmək istəyirsə, inkişaf etmiş xarici ölkələrin təcrübəsindən də istifadə edərək müəyyən bir konsepsiyalar hazırlayaraq dövlətə təqdim  etmələri daha doğru-düzgün olardı. Düşünürəm ki, istənilən halda artıq dövlət tərəfindən ölkə başçısı bu istiqamətdə dəstəyini bildirib və düşünürəm ki, bu konsepsiyanın olması, ümumi razılaşmalar, bəzi redaktələr, korrektələr olmaqla bu cür addımların atılmasına mane olmayacaq”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür