Sahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır

14:03 31-03-2020 | icon 416 | İqtisadiyyat
Sahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır

Koronavirus (COVID-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılması məqsədilə turizm, ictimai iaşə, ticarət, nəqliyyat və logistika, özəl məktəbəqədər təhsil, hazırlıq kursları, idman-sağlamlıq və s. sektorlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb.

 

İqtisadiyyat Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Nazirliyin təşkilatçılığı ilə video-konfrans formatında təşkil olunmuş müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm, Bakı Nəqliyyat agentlikləri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

 

Müzakirələrdə koronavirusun iqtisadiyyatın müxtəlif sektorlarına təsirləri, yaranmış çətinliklərdən çıxış yolları və görüləcək tədbirlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

 

Biznes nümayəndələrinə koronavirus pandemiyasının iqtisadiyyata, o cümlədən sahibkarlığa təsirlərinin minimuma endirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, sahibkarların mövcud şəraitdə sosial məsuliyyət prinsipindən çıxış edərək, işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verməmələri tövsiyə olunub.

 

Müzakirələr zamanı sahibkarlar tərəfindən vergi güzəştləri və tətillərinin tətbiqi, sosial müdafiə ödəmələrinin təxirə salınması, kredit öhdəliklərinin, icarə xərclərinin ertələnməsi və s. barədə təkliflər səsləndirilib.

 

Müzakirələrdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərə hazırda İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır.

 

Qeyd edək ki, koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərinin öyrənilməsi məqsədilə keçirilmiş onlayn müzakirələrə ümumilikdə, 200-dən çox sahibkarlıq subyekti qoşulub, 700-dən çox sahibkar arasında sorğular aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq