Türk soyqırımlarının tarixi-siyasi səbəbləri

22:39 31-03-2020 | icon 435 | Araşdırma
Türk soyqırımlarının tarixi-siyasi səbəbləri

Bu gün 31 Mart Azərbaycanlıların soyqırımı günüdür. Azərbaycana, türklərə qarşı həyata keçirilən 100 illik soyqırımların Xocalı soyqırımı kontekstində təhlilini verməklə, türk soyqırımlarının tarixi-siyasi səbəblərinə toxunacağıq.

 

Ermənilərin torpağımızda həyata keçirdiyi soyqırımlara, işğal faktlarına Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunlunun tarixi təhlilləri ilə diqqət çəkəcəyik.

 

- 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan müharibəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Azərbaycan mətbuatında və internet saytlarında  Xocalı soyqırımı haqqında rəsmi məlumatlar belə əks olunmuşdur.1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. 

Şəhərdə qalmış təqribən 2500 nəfər əhaliyə erməni silahlı destələri ve motoatıcı alayın hərbiçileri  tərəfindən divan tutulmuşdur. Bu qırğının nəticəsində 613 nəfər helak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər; 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq her iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər Itkin düşmüşdür. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

Xocalıda Türklərə qarşı həyata keçirilən bu qırğınlar - Xocalı faciəsi əslində XIX-XX əsrlər boyu İran-Anadolu-Azərbaycan coğrafiyalarının hər tərəfində  həyata  keçirilmişdir ki, biz   bunu  Türk soyqırımı adlandırırıq. Əslində Türk dövlətləri içində, Türk coğrafiyasında “Dənizdən dənizə Böyük Ermənistan” qurmaq istəyən  Ermənilər tərəfindən  Türk soyqırımları həyata keçirilmişdir ki, Xocalı soyqırımı bunlardan yalnız biridir.

Ermənilər Türk torpaqlarını işgal edərək böyük Ermənistan qurmaq planlarını  iki  ideyadan istifadə etməklə həyata keçirmişlər.

 

Bu ilk olaraq Xristian kimliyi ilə bağlıdır.

 

Ermənistanın 1919-cu il sentyabrın 12-də ABŞ-da “Ermənistanın Amerikaya çağırışı” adlı ilk dəfə nəşr olunan fəryadına nəzər salaq. İngilis, erməni, fransız və ivrit dillərində yazılmış bu sənəddə oxuyuruq:

“...Bizim xaç qardaşlarımız, mütləq məhv olmaq təhlükəsi Ermənistanı yaxalayıb, cənginə alıb. Ermənistan xristian Amerikasına sonuncu yalvarışını göndərir ki, Ermənistanı xilas etsin... Əgər erməni xalqı məhv edilərsə xristian kilsəsi əbədi rüsvay olacaq. Olmazmı ki, bunu dərhal kilsə icmaları təşkilatınızın nəzərinə çatdırasınız və hər bir kişidən, hər bir qadından xahiş edəsiniz ki, ştatların prezidentinə və senatorlarına teleqram göndərib, Ermənistanı xilas etmək üçün zəruri tədbirlər görməyi rica etsinlər... Ermənistan ölür. Amerika sözünü deməlidir...”

 

Bu hiyləgərcəsinə yazılmış tarixi sənədin üstündən təqribən 100 il ötməsinə baxmayaraq, hələ də müasirdir və elə bil dünən yazılıb. Fransa tarixçisi Pyer Loti yazır. “Ermənilər xristian kimliyindən yetəri qədər faydalandılar və hər kəsi bununla  aldatdılar”.

 

İkinci isə Hind-Avropa-Ariya irqi kimliyidir.

 

Paris Sülh konfransına hazırlıq ərəfəsində İttihad və Tərəqqi höküməti tərəfindən Osmanlıda Ermənilərin xəyanətlərini, türklərə qarşı törətdikləri soygunçuluq və qətlləri əks etdirən “Bəyaz Kitab” (Erməni Komitələrinin Amal ve Harakati-i İhtilaliyesi) kitabı çap etdirdi. Erməni Qriqor Çalquşyan bu kitaba cavab olaraq daşnaqlar tərəfindən yüksək qiymətləndirilən “Qırmızı kitab”ı yazdı. Kitabda Türk irqi aşağılanır, onların Hind-avropa kökənli olmadıgı, monqollarla qohum olduqları, bu üzdən aşagı mədəniyyətli bir millət oldugu əsaslandırılır, Hind-Avropa kökənli irqlərin üstünlüyü iddia edilir, bu irqdən olan Ermənilərin Avropa mədəniyyətinin davamı oldugu və qafqazda sivil toplum kimi yalnız ermənilərin dövlət qurma haqqının olduğu əsaslandırılırdı. “Ermənilər ən qədim xalq, ən sülhsevər, ən ali irqlərdən birinin təmsilçiləridir. Şərqi Avropanın əzəmətli şəhəri Konstantinapola gələn ermənilər 1453-cü ildən bu yana acılar içərisindədir. Türk qəfəsə salınası bir vəhşidir”.., “Xristian bir toplum üçün müsəlman boyunduruğuna bağlı idarəçiliyin təsiri altında qalmaq olduqca təhlükəlidir”, “Türk irəliləməyə niyə bu qədər can atır?”, “Türk ən yaxşı insan irqinin-ermənilər kimi hind-Avropa və ya Ari irqinin bir qolu deyildir. Türk irqlər arasında ikinci ən yaxşıdan - yəhudilər, ərəblər kimi semit irqdən də deyildir. Mogol irqinin bir qolundan gəlir ki, buna görə də qarmaqarışıq düşüncələrin və ən əsası yüksək əxlaqa söykənən dəyərlərin kasadlığı ilə tanınır. türkün düşüncə səviyyəsinin geriliyi... ən aşagı səviyyəli dinə tapınması onu bu gün ...aşagı səviyyəyə salmışdır. Müsəlman əxlaqsız yaratılış olmaqla.. şəxsiyyət və iradə baxımından daha çox zəifliyi ilə diqqəti cəlb edir. Xristian olan şəxslər ruh yüksəkliyi və iradə baxımından daha çox İsa peyğəmbərə məxsus əxlaqa sahibdir....”.

 

Rusiyanın Qafqazı işgal etməsindən, I dünya müharibəsi zamanı Antanta Dövlətlərinin osmanlı İmperiyasını bölmək məqsədilə Osmanlıya qarşı apardıqları müharibədən, SSRİ-nin qurulması prosesindən istifadə etməklə “Dənizdən Dənizə böyük Ermənistan”ın qurulması planını addım-addım həyata keçirmək istəyən ermənilər Anadolu və Azərbaycanın müxtəlif bölgələrində erməni dövlətlərinin qurulması məqsədilə kütləvi qırğınlar törətmişlər. Etnik təmizləmə və soyqırım həyata keçirilməklə erməni dövlətinin qurulması planlaşdırılan bölgələr aşağıdakılardır.

 

1.Cənubi Qafqaz erməni dövləti – Ermənistan

2.Şərqi Anadolu erməni dövləti.

3.Adana-Çuxurovada qurulan erməni dövləti-Kilikiya

4.Urmiyada cilovluq hərəkatı ilə qurulan - Kiçik Ermənnistan dövləti

5.Bakıda Şaumyanın rəhbərliyi ilə qurulan Sentrokaspi höküməti-Bakı erməni dövləti

 

Daşnaksütun partiyasının lideri Hovhannes Kaçaznuninin rəhbərliyi dövründə 1919-cu ildə “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ermənilər Paris sülh konfransına momerandum təqdim etmişdilər. Momerandumda Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına qədər olan torpaqlarda qurulmuş Ermənistan dövləti” tələb edilirdi. Həmin Momerandumda

 

1.Sərhədləri genişləndirilmiş Cənubi Qafqaz respublikası

2.Türkiyənin yeddi vilayəti

3.Kilikiyada dörd sancaqdan ibarət ərazilər Ermənistan əraziləri kimi təqdim olunurdu.

 

Erməni müəllifi S.Q.Pirumyan “Daşnaki za rubejom” kitabında yazır: “Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına qədər olan torpaqlarda neçə-neçə milyon türkün və digər erməni olmayan xalqların arasında bircə nəfər erməni yoxsa, ermənistan dövləti yaratmaq kimi başqa gülünc ideya ola bilərmi?”.

 

Birinci dünya müharibəsi illərində antanta ölkələri Osmanlını bölmək siyasəti yürütdülər. Böyük Britaniya, Fransa, Rusiya dövlətləri Osmanlı imperiyasını bölmək məqsədilə öz aralarında gizli müqavilə bağlamışdılar. Bu ölkələrin xarici işlər nazirləri Sayks-Piko-Sazonov yaxın Şərqin coğrafiyasını bölmüşdülər. Fransa Cənubi Anadolunu, Kayserini, İngiltərə Osmanlının Yaxın şərq (Ərəb torpaqları) ərazilrini, Rusiya İstanbul, Muş və Trabzon arası bütün ərazilri, İtaliya Antalya, Konya və Egey dənizi sahillərini alacaqdı. Müharibənin sonuna yaxın İtaliyanın iddia etdiyi bu torpaqlar Yunanıstana vəd edildi. Bundan ruhlanan Yunanıstan 1919-cu ilin 15 mayında İzmiri işgal etmişdi. İngilislər Yaxın Şərqi-Səudiyyə Ərəbistanı, Suriya və İraqı işğal etmək məqsədilə Ərəbləri Osmanlıya qarşı üsyana qaldırdılar.

 

Adana-Kozan-Cuxurovada qurulan Kilikiya erməni dövləti.

 

1918-ci ildə İngiltərə Xarici işlər nazirliyinin planı əsasında Fransa və İngiltərənin işgalı altında olan Adana-Çuxurova və Şimali Suriya bölgəsində Türkiyə və Ərəbistan arasında forpost erməni dövlətinin qurulması planlaşdırıldı. Bu plana uygun olaraq Amerika, Misir, Suriya Fransadan gələn ermənilər sürətlə bu bölgəyə yerləşdirildilər. Tezliklə bu bölgədə 100 minə yaxın erməni yerləşdi. Lakin ermənilərin sayı az olduğundan burda dövlət qurmaq məqsədilə yerli türklərə qarşı soyqırım və etnik təmizləmə həyata keçirməyə başladılar. 10 min erməni əsgəri fransız hərbi paltarı geyinərək Fransız adı altında Türklərə qarşı soyqırıma başladı. Bu soyqırımda Çuxurova və Adanada qurulmuş “Kamavor”, “Erməni İntiqam Alayı” da erməni əsgərlərinə yardım etdi. Fransız tarixçisi Pyer Loti Fransanın dəstəyi ilə ermənilərin türklərə qarşı həyata keçirdiyi bu soyqırımı “mədəni bir xalqa yaraşmayan barbarlıq” adlandırmışdı.

 

Şərqi Anadoluda qurulanTürkiyə Ermənistanı.

 

1807-1917-ci illər arasında 5 rus-türk müharibəsinə səhnə olan Qars üç dəfə rus işgalı altına düşmüşdü (1828,1877, 1915). 1917-ci ilin fevralında və oktyabrında Rusiyada baş verən inqilablar birinci dünya müharibəsinin nəticələrini dəyişdi. 3 mart 1918-ci ildə Brest-Litovsk müqaviləsi ilə Rusiya müharibədən çıxdı. Brest-Litovsk müqaviləsinə əsasən Rusiya işğal etdiyi Şərqi Anadolu vilayətlərini tərk edib Türkiyəyə geri verməli idi. Şərqi Anadolunu tərk edən Rus Orduları geri dönərkən bütün silahlarını Türkiyəyə qarşı vuruşan ermənilərə təhvil verdilər. Ermənilər bu silahlarla Şərqi Anadoluda və cənubi Qafqazda Türklərə qarşı soyqırıma başladılar. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və Brest-Litovsk müqaviləsinin şərtlərinə əsasən Rus qoşunları Şərqi Anadolunu tərk etsə də Lenin və Milli məsələlər üzrə komissar İ.Stalin Şərqi Anadolunun erməniləşdirilməsi siyasətini davam etdirdilər. Şərqi Anadoluda etnik demoqrafik status-kvonun ermənilərin xeyrinə dəyişdirilməsi (Ermənilərin bu bölgəyə köçürülməsi və yerli türklərin soyqırıma uğradılması) və referondum keçirməklə Şərqi Anadolunun Rus Bolşevik imperiyasına (Ermənistana) birləşdirilməsinə nail olmaq siyasətini yeridirdilər. Bu məqsədlə Şərqi Anadoluda yerli türkləri soyqırıma uğratmaq və 1915-ci ildə köçürülən erməniləri yerli türklərin yerinə köçürməklə burda erməni dövləti qurmağa çalışırdılar. Rus ordusu geri çəkilsə də, erməni ordusu geri çekilməmişdi və türk ordusu 1918-ci ildə fevralın 12-də Ərzincanı, Ərzurumu erməni işğalından azad etdilər, 5 apreldə Qarsın girişi olan Sarıqamış ermənilərdən təmizləndi, 25 apreldə Qars, Ərdəhan, Batum ermənilərdən təmizlənərək Osmanlıya qatıldı. 1918-ci ilin 11 mayında Batum konfransı oldu. Batum müqaviləsində Ahıska, Axırkələk, Gümrü Osmanlı tərəfindən tələb edilməkdə idi. 4 iyun Batum müqaviləsi ilə İrəvan bölgəsi ermənilərə güzəştə gedildi, bununla Cənubi Qafqazda Azərbaycan, Ermənistan, Gürcüstan və Dağıstan dövlətləri arasında sülh elan olundu.

 

Bu dövrdə ABŞ və İngiltərə “Vilson prinsiplri” əsasında Osmanlı imperatorluğunun bölünməsi və bu prinsiplər əsasında hansısa böyük dövlətin protektoratı altında Osmanlı torpaqlarında “Müstəqil Ermənistanın yaradılması” planını dəstəkləyirdilər. Osmanlıda Tələt Paşa höküməti Vilson Prinsiplərini qəbul etmədi və istefa verdi (8 oktyabr 1918-ci il). Onun yerinə keçən Əhməd İzzət Paşa höküməti birinci Dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyətini faktiki olaraq qəbul etdi. 1918-ci ilin 30 oktyabrında Osmanlı dövləti ilə Müttəfiq dövlətlər arasında təslimçi Mudros müqaviləsi bağlandı. Bu müqaviləyə görə Osmanlı dövləti öz məğlubiyyətinə imza atır və türk torpaqlarının bölünərək bir qisminin ermənilərə, bir qisminin isə yunanlara verilməsinə şərait yaradırdı. Bu müqaviləyə görə Osmanlı torpaqları müttəfiq dövlətlərin əlinə keçirdi. Bu müqaviləyə əsasən İranın Şimal-qərbində (Güney Azərbaycanın Urmiya bölgəsində Kazım Qarabəkir paşanın qoşunları ermənilərin qurduqları  kiçik Ermənistan dövlətini dağıtmışdı, Osmanlı ordusu Urmiya bölgəsində Yerli əhalini erməni quldur dəstələrindən qorumaqda idi) və Cənubi Qafqazdakı (Qafqaz Seymində fəaliyyət göstərən Azərbaycan Mili Şurasının rəhbəri M.Ə.Rəsulzadə başqanlığı ilə Osmanlı Höküməti arasında bağlanmış müqaviləyə əsasən Azərbaycana gələn Nuru Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusu türklərə qarşı soyqırım həyata keçirən erməni quldurlarını dağıtmış, Bakını ermənilərdən azad etmişdi.) Osmanlı ordusu 1-ci dünya müharibəsindəki sərhədlərə çəkilməyə məcbur edildilər. Mudros müqaviləsini imzalayan dövlətlər Rusiya və Osmanlı dövlətləri arasında bağlanmış Brest-litovsk müqaviləsini tanımadıqlarını bildirdilər. Brest Litovsk müqaviləsinə görə Rusiya Şərqi Anadolu bölgəsindən çıxmalı və bu bölgəni Osmanlıya qaytarmalı idi. Lakin Mudros Müqaviləsi əsasında Şərqi Anadolu yenidən Osmanlının nəzarətindən çıxaraq ingilislərin nəzarətinə keçirdi. İngilislər Batumu, gürcülər Ahıska və Ərdahanı, ermənilər Qarsı tutmaq məqsədilə hərbi işğallara başladılar. Bu dövrdə 1918-ci ildə Qarsda “Qars Milli Şurası Mərkəzi Ümumisi” adlı məhəlli hökümət qurulmuşdu. 1918-ci il dekabrın 1-də Milli Şura “Cənub-Qərbi Qafqaz (Qars) Cümhuriyyəti”ni qurdu. Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ərazisinə Qars və Batum Vilayətləri, Ahıska, Axırkələk, Şərur, Naxçıvan, Sürməli, İrəvan quberniyasının cənub-şərq bölgələri daxil idi. Cənub-qərbi Qafqaz respublikası Parlamentinin sədri Əsəd Bəy Hacıyev, nazirlər Şurasının sədri İbrahim bəy Cahangirov, hərbi nazir Həsən bəy Cahangirov, daxili işlər naziri Rza bəy, xarici işlər naziri Fəxrəddin bəy, maliyyə naziri Məmməd Bəy Sultanov, təhsil naziri Andrianov təyin edildilər. Cənubi-qərbi Qafqaz Cümhuriyyətinin 15 minlik ordusu yaradıldı və bu ordu erməni quldur dəstələrini Şərqi Anadoludan təmizləyəcəkdi. Türkiyə hərbi komandanlığı və Azərbaycan Demokratik Cümhuriyyəti ikinci Azərbaycan cümhuriyyəti olan Cənubi-qərbi Qafqaz cümhuriyyətini dəstəkləyirdi, Lakin Amerika və İngiltərə Vilson müqaviləsi şərtlərindən çıxış edərək Cənub-Qərbi Qafqaz (Qars) cümhuriyyətinin yerində Şərqi Anadolu erməni dövləti qurmağa çalışırdı. Bu məqsədlə 12 aprel 1919-cu ildə Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlamenti ingilis ordusu tərəfindən mühasirəyə alındı və 30 millət vəkili, hökümət üzvləri həbs edilərək Batuma, oradan da Maltaya sürgün edildilər. Qars cumhuriyyətinin süqutundan sonra erməni Osipyans komandanlığında erməni hərbi hissələri Qarsa daxil oldu. İngilislər qatı daşnak milliyətçi Korqanovu Qars vilayətinin qubernatoru təyin etdilər. Qars bölgəsi İngilislər tərəfindən ermənilərə təhvil verildi və ermənilər yerli əhaliyə qarşı soyqırıma başladılar. Sarıqamış faciəsindən sonra ruslara əsir düşn 1800 türk əsgəri ermənilərin əlinə keçmişdi. Bu əsgərləri bir gecədə qətl etmişdilər. Ermənilər Qars, Gümrü, Kagızman, Ərdəhan, Axırkələk bölgələrində, İrəvan bölgəsində soyqırıma başladı. Şörəyel-Ağbaba bölgəsinin (indiki Amasiya) əhalisi, Zarşad, Çıldır bölgəsinin əhalisi, İrəvan vilayətində 30-dan çox kəndin əhalisi bütünlüklə, Qarsın Subatan, Şiştəpə, Düzkənd, Malazbert, Alaca, Təkkli, Hacıxəlil, Kalaköyü, Külverən, İlanlı, Yalçınlar kəndlərinin, Arpaçayı üstündə olan bütün kəndlərin əhalisi kütləvi şəkildə yandırılmış, qətl edilmişdi. Eyni qətliam Axırkələk, İqdır, Ağrı bölgələrində də davam etdirildi. Beləliklə 1878-ci ildən etibarən rus işğalında aclıq və səfalət içində yaşayan şərqi Anadolu-Qars bölgəsinin yerli türk-müsəlman əhalisi kütləvi şəkildə ermənilər tərəfindən soyqırıma uğradıldı. Azərbaycan alimi Oktay Hacımusalı “Hocalı 1992” adlı kitabında Şərqi Anadoluda dörd milyon türkün etnik təmizləmə siysətinin qurbanı olduğunu yazır. XV Ordu Komutanı Kazım Qarabəkir Paşanın Ermənistan Respublikasının Hərbi Komandanlığına göndərdiyi 21 mart 1920-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İrəvan quberniyasında və Qarsda ermənilərin türklərə qarşı törətdikləri soyqırıma Ərzurumdakı İngilis Nümayəndəliyinin təmsilçisi Ravlinson və Amerikanın generalı Harbort da şahidlik etmişlər. 23 aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisinin açılması və Milli hökümətin qurulması dönüş nöqtəsi oldu. Ermənilər Türkiyə ərazisində dövlət qurmaq planlarından məhrum oldular. Atatürk öndərliyində Türkiyənin istiqlal mübarizəsi nəticəsində Şərqi Anadoluda erməni dövlətinin qurulması planı iflas oldu. Daşnaksütun Partiyasının liderlərindən biri Hovhannes Kaçaznuni Daşnaksütun Partiyasının XI Konqresində demişdir: “Türkiyə Ermənistanı deyilən bir şey yoxdur. Bu mövzu Lozannada dəfn edilmişdir”. 

 

Lakin ermənilr bu siyasətlərindən əl çəkmədilər. Şərqi Anadoluda erməni dövləti qurmaq məqsədilə 4T planı quraraq 1950-ci illərdən etibarən Türkiyə Dövlətinə qarşı “erməni soyqırımı” iddiası ilə təzyiqlərə başladılar.

 

Erməni soyqırımı iddiası və ya Qondarma "erməni soyqırımı" — birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır.

 

Qeyd edək ki, Rusiya öndərliyində güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə silahlı erməni üsyanları artmağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı.

Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. "Erməni soyqırımı" iddiaları 1950-ci illərdən – yəni "soyqırım" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə böyük bir kampaniyaya çevrilib.

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər Latın Amerikası, ABŞ, AB ölkələrində, "Erməni soyqırımı" iddialarını tanıtmağa nail olublar. Soyqırım iddiasının yayıldığı areal isə əsasən Avropa və Amerika ölkələridir. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdür. Türkiyənin "strateji müttəfiqi" ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində "soyqırım"la bağlı iki layihə daim gündəmə gətirilir. ABŞ prezidentləri isə hər il aprelin 24-də "soyqırım" sözünü təkrar edirlər. Amerika və Avropadan kənarda "soyqırım"ı tanıyan cəmi iki ölkə var: Rusiya və Livan. "Erməni soyqırımı"nı tanıyan beynəlxalq təşkilat isə Avropa Parlamentidir. Bu təşkilat 1987-ci ildə "erməni soyqırımı"nın tanınması haqqında qərar çıxarmış, Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı müraciətindən əvvəl, 2005-ci ildə bu qərarını təzələmişdir. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırım" kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Erməni İnqilab Federasiyası “Daşnaksütyun”un liderlərindən Hrant Markaryan etiraf edir ki, “soyqırımı” tanıtma fəaliyyətləri Qərbi Ermənistanı (Şərqi Anadolu nəzərdə tutulur-Y.Q) xilasetmə məramının bir hissəsidir. Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir. “Erməni soyqırımı” siyasəti ilə ermənilər Türkiyənin Şərqi Anadolu bölgələrini və Naxçıvanı da Ermənistana birləşdirmək məqsədi ilə 4T adlı strateji siyasi proqram qəbul etmişlər.

 

4T proqramına daxildir:

 

  1. a) erməni spyqırımının dünyada tanınması,
  2. b) Türkiyənin soyqırımı tanıması,
  3. c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi,
  4. d) Türkiyənin şərqində–doğu Anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi.

 

4T proqramı vasitəsilə Türkiyənin bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. Bu Plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur. 4T proqramına uyğun olaraq dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, Vatikan, Avropa Parlamenti “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq ideyasını gerçəkləşdirməkdədirlər. Hələlik İran parlamenti yerli Türklərdən çəkindiyi üçün soyqırımı tanımaq haqqında qərar çıxarmasa belə, soyqırım abidəsinin ucaldılmasına nail olmuşdur və İran Ermənistanın ən yaxın strateji müttəfiqidir. “Erməni soyqırımı” nı dünyada tanıtdırmaq məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Bununla bərabər Rusiya və İran strateji müttəfiqi kimi Ermənistanı gücləndirməkdə, Azərbaycan və Türkiyəyə qarşı silah kimi istifadə etməkdədir.

 

Beləliklə qeyd etməliyik ki, Türkiyə ərazisində “Türkiyə Ermənistanı” qurmaq planı baş tutmasa da, ermənilər mənfur siyasətlərindən vaz keçməmişlər, 100 ilə yaxındır ki, SSRİ-Rusiya-Qərb-Fars İranı havadarlığı ilə PKK, ASALA kimi təşkilatlar vasitəsilə Türkiyə dövlətinə qarşı müharibə elan edib, terror həyata keçirməklə bu planlarını reallaşdırmağa çalışırlar.

 

Cənubi Qafqaz Ermənistanı.

 

Ermənilər Cənubi Qafqazın bir çox bölgələrində İrəvan-Naxçıvan, Qarabag, Tibilisi-Borçalı-Loru -Pəmbək- Mesxetiyada, Bakıda Erməni Vilayəti təşkil etməyə çalışmışlar. Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılması üç mərhlədə həyata keçirilmişdir.

 

1.Azərbaycanın Qərb torpaqlarında (tarixi İrəvan xanlığı) yerli türklərə qarşı etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması;

2.SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi;

3.Qarabag və ətraf rayonların işgal edilməsi və Ermənistana birləşdirilmsinə cəhd edilmsi.

 

1-ci mərhələ; Rusiyanın İrəvan və Naxçıvan xanlıqlarından ibarət “erməni vilayətinin” yaradılması, Yerli Turklərin İrəvanda soyqırıma uğradılması, ermənilərin İrəvan bölgəsinə köçürülməsi, Batum konfransında İrəvanın müəyyən şərtlərlə ermənilərə güzəştə gedilməsi prosesi baş vermişdir. Bu dövr 1828- 1918-ci illəri əhatə edir.

 

Kitabi Dədə qorqud dastanlarında türk yurdu kimi adı çəkilən İrəvan bölgəsi Anadolu-Azərbaycan coğrafiyalarını və Türk kültürünü bir-birinə bağlayan körpü kimi strateji əhəmiyyətə malikdir. Uzun illər Osmanlı idarəçiliyinə tabe olmuş İrəvan bölgəsi 1600-cü illərdən başlayaraq gah Səfəvi gah da Osmanlıya tabe olmuş, 1639-cu ildə Osmanlı-Səfəvi arasında bağlanan Qəsri-Şirin müqaviləsinə görə İrəvan Səfəvilərə verilmişdir. 1722-ci ildə təkrar Osmanlı dövlətinin ərazisi içində olan İrəvan 1746-cı ildə Nadir Şahla imzalanan müqavilə əsasında təkrar Səfəvilərə keçmiş, Nadir Şahın ölümündən sonra İrəvanda müstəqil türk xanlığı yaranmışdır. 1800-cü illərdə İrəvan xanlığına – Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Körpübasar, Abaran, Dərəçiçək, Basarkeçər (Göyçə gölü də daxil olmaqla) kimi mahallar daxil idi. Rus-Qacar, Rus-Osmanlı müharibələrinin Rusların qələbəsi ilə başa çatmasından sonra Buxarest sülhü (1812), Gülüstan sülhü (1813) bağlanarkən İrəvan və Naxçıvan xanlıqları Qacarların himayəsi altında müstəqilliklərini mühavizə etdilər. 1826-1828-ci illərdə Rusiya-Qacar dövlətini məğlubiyyətə uğratdı. Rus işğalına qarşı baş qaldıran Gəncə üsyanını (1827) yatızdırdı və 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsi bağlndı. Bu müqaviləyə görə Quzey Azərbaycan, İrəvan, Naxçıvan xanlıqları Rusiyanın tabeliyinə keçdi. 1828-ci ilin 21 martında çar I Nikolay İrəvan, Naxçıvan və Ordubadın “erməni vilayəti” adlandırılması haqqında fərman imzaladı. Bu qondarma erməni vilayətinin qubernatoru isə gürcü Aleksandr Çavçavadze təyin edildi. Elə həmin dövrdən etibarən Cənubi Qafqaza, İrəvan və Qarabağ bölgəsinə erməni əhali köçürülməyə başladı.

 

Ermənilərin Azərbaycanın tarixi ərazilərinə köçünü S.Mehdiyev aşağıdakı kimi qruplaşdırıb.

 

 1 . 1928-ci ildən başlayaraq: - İrandan 40.000, Türkiyədən 84.600, Suriyadan 30.000 nəfər.

  1. 1914-1922-ci illərdə: - Türkiyədən 70.000, Fransadan 30.000 nəfər.
  2. 1946-cı ildən başlayaraq: - İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumıniyadan 409.000 nəfər.
  3. 1947-ci ildə: - ABŞ, Fələstin, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 35.000 nəfər.

5.1948-1953-cü illərdə: - ABŞ, Suriya, Livan, Fransa, Misir,

 

Bolqarıstan və Rumıniyadan 100.000 nəfər.

Zaqafqaziya Statistika komitəsinin 1886, 1897, 1902, 1915, 1917-ci illərdə verdiyi məlumata görə, yüz ilə yaxın bir dövrdə buraya köçürülən ermənilər artıb çoxalmışdır. Lakin nə qədər artsalar da yenə də yerli türklərdən sayca azlıqda qalırdılar. Erməni kahin Hovannes Şahxatunyanın tərtib etdiyi siyahıda göstərilir ki, 390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı "Erməni Sovet Ensiklopediyası"nda öz əksini tapmışdır". Erməni yazarları Z.Lalayanın “Tarixi xatirələr” kitabında X.Hakopyan, S.Melikbaxşıyan və X.Barseğiyanın “Ermənistanın və ətraf rayonların toponimlər lüğəti” əsərində və Ermənistan Sovet Ensiklopediyasında birmənalı şəkildə təsdiq olunur ki, İrəvan xanlığının və ətraf rayonların əhalisinin 76%-dən çoxu Azərbaycan türkləri və müsəlmanlar olmuşdur.

 

Məhz buna görə də erməni dövlətinin qurulması məqsədilə yerli türklər etnik təmizləmə və soyqırıma uğradılmışdı. “Kavkazski Kalendar”da əks olunmuş məlumata görə “1918-20-ci illərdə Ermənistanda terrorçu Daşnak höküməti Türk- Müsəlman əhaliyə qarşı soyqırım törətmişdir, indiki Ermənistan ərazisində yaşayan 575 min türkdən 565 mini sürgün və soyqırıma məruz qalmışdır.”

 

Erməni tarixçisi Zaven Qordoyan ”Sovet Ermənistanının əhalisi son yüz ildə 1831-1931” adlı əsərində yazır ki, daşnaklardan Sovet Ermənistanına 10 mindən bir az çox türk qalmışdır”.

 

Beləliklə Rusiya-erməni birləşmləri tərəfindən türk yurdu İrəvanın etnik-demoqrafik vəziyyəti türkləri soyqırıma uğratmaqla ermənilərin xeyrinə dəyişdirildi. Azərbaycan Cümhuriyyəti İrəvan bölgəsini ermənilərə güzəştə getmək məcburiyyətində qaldı.

 

İrəvan xanlığından yerli türklərin etnik təmizlənməsi prosesi beş mərhələdə həyata keçirilmişdir;

 

1-ci mərhələ 1828-1905-ci illəri əhatə edib və 595.000 nəfər soydaşımız deportasiya edilib. 2-ci mərhələ 1905-1907-ci illərə təsadüf edib ki, bu zaman 275.000 türk yurdundan qovulub. 3-cü mərhələ 1914-1920-ci illəri (575.000 qovulub), 4-cü mərhələ 1948-1953-cü illəri (105.000 türk deportasiya olunub), 5-ci mərhələ isə 1988-1990-cı illəri əhatə edib və nəticədə Qərbi Azərbaycandakı 250.000 türk son nəfərinədək deportasiyaya məruz qalıb. Bu illərdə türklərə qarşı saysız-hesabsız qırğınlar törədilib, təxminən 900 minə qədər qərbi azərbaycanlı öldürülüb, yerli əhaliyə məxsus bütün əmlakları talan edilib, yurd-yuvası dağıdılıb. Təkcə 1918-1920-ci illərdə daşnak Andronikin başçılığı ilə törədilmiş soyqırım zamanı 50 mindən çox Azərbaycan türkü və müsəlman əhali öldürülüb. 1948-1953-cü illər deportasiyası zamanı köçürülən 105 min əhalinin yarıdan çoxu aclıqdan qırılıb. 

Bakıda Şaumyanın qurduğu Sentro Kaspi hökümətinin əmrində olan 20 minlik bolsevik-daşnak ordusunun Azərbaycanın muxtəlif bölgələrində həyata keçirdiyi soyqırımın qarşısını almaq, Qafqazda erməni dövləti qurmaq istəyən erməni hərəkatını zərərsizləşdirməklə Azərbaycan Demokratik Cümhuriyyətinin quruculuğuna başlamaq məqsədilə Milli Şura Batum danışıqlarında İrəvanın ermənilərə güzəştə gedilməsi məcburiyyətində qaldı.

Batum danışıqları zamanı İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə Batum müqaviləsi (11 may – 04 iyun 1918-ci il) imzalanmışdır. Müqaviləyə əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi) haqqında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı qəbul edilmişdir. Batum danışıqları zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Türkiyə dövlətləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürmüşüdür. Həmin öhdəliklər aşağıdakılardır.

 

  1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi S.Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən, Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.

 

  1. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaq.

 

  1. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.

 

  1. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.

 

  1. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.

 

 

Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunmaqla 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan və ətrafındakı 9 min kv.km ərazisi Azərbaycanla konfederativ şəkildə birləşmək şərti ilə ermənilərə güzəştə getmək məcburiyyətində qalınıb. Belliklə Cənubi Qafqazda İrəvan bölgəsində Rusiyanın yaratdıgı erməni vilayətində ermənilərin köçürülməsi, yerli türklərin soyqırıma uğradılması ilə Ermənistan dövlətinin yaradılmasına nail olundu.

 

  1. İkinci mərhələ; SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi.

 

Bu dövr 1920-1985-ci illəri əhatə edir. Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920 –ci ilin aprelin 27-də işgal edildikdən sonra Rus Sovet imperiyasının 1 dekabr beyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan, Gorus, Sisyan və Mehri bölgələri Ermənistana birləşdirildi. 1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistana birləşdirildi. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ümumi ərazisi 114 000 kv.km olmuşdur. 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana qatılıb. 1922-ci ildə Dərələyəz ərzisi ermənilərə verilib. 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və. s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycandan qoparılıb. Hazırda ermənilər və kürdlər Naxçıvana sahiblənmək üçün mübarizə aparmaqdadırlar. 1938-ci il martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər Ermənilərə verildi. 1946-cı ildə M.C.Bagırov tərəfindən 40 kv.kmlik meşə sahəsi ermənilərə verilmişdir. 1969-cu ildə Vəli Axundov tərəfindən 7,6 kv.km-lik ərazi ermənilərə verilib. 1980-ci ilin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verildi. 1982-ci ildə Qazağın Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin örüşlərinin bir qismi Ermənistan ərazisinə qatılıb. XI rus ordusu Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə və Qaraqoyunlu mahalları da Azərbaycandan alınaraq Ermənistan SSR-ə verildi. Bu 6000 kv km-lik bir ərazi idi. Ermənilər Qaraqoyunlu bölgəsini Çəmbərək, Göyçəni Basarkeçər rayon mərkəzlərinə ayırdılar. Çəmbərəkin Azərbaycandan qoparılması Ermənistanda SSR-in qurulması ilə bağlıdır. Çəmbərək 1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür. SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd, Martuni və Orconokidze.

Çəmbərək rayonunun bir hissəsini Göyçə, bir hissəsini də Qaraqoyunlu ərazisi təşkil edir. Əsas hissəsi Çəmbərək rayonunun tərkibinə daxil olan Qaraqoyunlu dərəsi Dilican dərəsi ilə Soyuqbulaq yaylasının arasında yerləşir. Çar Rusiyası dövründə buralar da Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasına daxil olub. Çəmbərək rayonu Murğuz və Şahdağ silsilələri ilə əhatə olunub. Adatəpə (h.2427m), Çaldaş (h.2743m), Qoşadağ (h.2901m) zirvələri də rayonun ərazisində yerləşir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Çil, Ardanış, Şorca, Toxluca, Gölkənd, Çaykənd, Əmirxeyir, Bəryabad, Yanıqpəyə, Ağbulaq, Cıvıxlı, Qaraqaya, Qırmızıkənd və s. 1938-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Köhnə Başkənd kəndi də yenicə rayon statusu almış Çəmbərək rayonuna tabe edildi. Göyçə mahalının mərkəzi Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir. 1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi. Basarkeçər rayonu həmçinin məşhur Azərbaycan el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. 1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Qaraqoyunlu, Hüseynquluağalı, Aşağı Şorca, Yuxarı Şorca, Daşkənd, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Zərkənd, Ağkilsə, Zod, Babacan, Pəmbək, Dərə, Şişqaya, Göysu, Kiçik Məzrə, Oğruca, Kəsəmən, İnəkdağı, Qanlı, Kərkibaş, Subatan, Sultanəliqışlaq, Ağyoxuş, Sətənəxac, Yuxarı Zağalı, Çaxırlı, Tüskülü, Böyük Məzrə, Qızılvəng, Torfavan. Beləliklə bütün bu faktlar göstərir ki, tarixən Qafqazda nə dövlət qurmaga qadir olan erməni milləti, nə də Ermənistan adlı dövlət mövcud olmayıb. Azərbaycan torpaqları hesabına yerli türklər etnik təmizləmə və soyqırıma ugradılmaqla bu dövlət Rus Sovet imperiyasının rəhbərliyi ilə qurulmuşdur.

 

ABŞ tədqiqatçısı Samuel Uimzin isə yazırdı: “Terrorçu xristian erməni dövlətinin bugünkü işğalçılıq siyasətinin təməlləri XIX əsrin sonlarında ”erməni məsələsi" ortaya atılarkən qoyulmuşdur. Bu siyasət SSRİ dövründə də Ermənistanın rəsmi siyasəti olmuşdur".

 

  1. Üçüncü mərhələ; SSRİ-nin dağılmasından sonara Azərbaycan Respublikasının Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal edilərərk oyuncaq "Dağlıq Qarabağ Respublikasının” yaradılması və Ermənistan Respublikasina birləşdirilməsi;(1988-1994-cü illərdə Ermənistan Azərbaycana müharibə elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını -Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işgal etdi. Bu dövrdə işgal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir. Bu siyasətin nəticəsində Bütöv Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycan tamamilə Ermənistana verilmiş, Quzey Azərbaycan Respublikasının 20% ərazisi işğal olunmuş, 2 milyon Azərbaycan türkü terror və soyqırım vasitəsilə məhv edilmişdir. Hazırda Qarabağın Ermənistana birləşdirilməsinə cəhd edilməkdədir. Türksüz qalmış Ermənistanda türk izlərini həmişəlik silmək məqsədi ilə “ermənilər bu gün də öz iyrənc əməllərini davam etdirərək bütün toponimləri, o cümlədən bütün yaşayış məntəqələrinin adlarını dəyişdirməyə çalışırlar. Dəyişdirilmiş adların sayı 590-dan çoxdur. Göründüyü kimi, ermənilər havadarlarının köməyi ilə XXI əsrin əvvəllərində Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı bütün planlarını həyata keçirərək tək millətli dövlət yaratmağa nail oldular.

 

Bakı erməni dövləti.

 

1917-ci ildə Rusiyada bolşeviklərin oktyabr çevrilişindən sonra Bakıda dekabr ayından etibarən hakimiyyət bolşeviklərin əlində idi. Petroqraddan Lenin tərəfindən Qafqaz fövqəladə Vəziyyət Komissarı təyin edilən Stepan Şaumyanın təşkil etdiyi çevriliş nəticəsində 1918-ci ilin 18 martında Bakıda hakimiyyət Sentro-kaspi (Bakı kommunası) hökümətinin əlinə keçdi. Bolşeviklərdən və erməni daşnaklardan təşkil olunan hökümət Bakını Türk-müsəlman əhalidən təmizləmək planı işləyib hazırladılar. Bakı və onun şimal-cənub hissəsində nəzarəti ələ alan ermənilər Qarabağ və Zəngəzuru, Yevlax, Goranboy, Gəncəni və Qarabağı tutaraq yerli türkləri soyqırıma uğratmaqla Azərbaycan türklərinin İstiqlal mübarizəsinə mane olmaq istəyirdilər. S.Şaumyan “Bakinski Raboçi” qəzetində çıxan məqaləsində “Azərbaycan türkləri muxtariyyət istəsələr, onlara xarabazar veriləcək” yazmışdı. 1918-ci il martın 31-də Türk soyqırımını həyata keçirmək məqsədilə Şaumyan əmrindki 20 mindən ibarət rus-erməni-daşnak qoşunlarına Bakıda Türk soyqırımına başlamaq əmri verdi. Üç gün davam edən qırğında 15 min insan qətl edildi. 4 min erməni əsgəri Şamaxıda martın 18 də yerli əhaliyə qarşı qırğınlara başladı. 4 minə yaxın dinc əhali öldürüldü, onun 1653-ü qadın, 965-i uşaq idi. Şamaxının 58 kəndində 3204 nəfəri kişi, 1979 nəfəri qadın, 959 nəfər uşağın öldürüldüyü haqqında erməni qırğınlarını araşdıran Fövqəladə İstintaq Komissiyası məlumat vermişdir.

 

Baqşa mənbələrdə toplam olaraq 90 kəndin 40 min insanın məhv edildiyi yazılmışdır. Qubada 162 kənd dağıdıldı, 4 min türk, 14 min ləzgi qətl olundu. 1918-ci il iyun ayında Andronikin 15 minlik orduları Naxçıvana girərək Yaycı kəndində 700 insanı qətl etdilər. Osmanlı Dövləti ilə Azərbaycan Cümhuriyyətinin bağladığı müqaviləyə əsasən mülki əhalinin müdafiəsini Osmanlı Ordusu öz üzərinə götürdü. Nuru paşa öndərliyində Qafqaz İslam Ordusu Azərbaycanda ermənilərin bu qətliamlarını dayandırdı. “Bakı Erməni Dövləti” süqut etdi.

 

“Kiçik Ermənistan” dövləti.

 

Güney Azərbaycanın qərbində Urmiya-Xoy -Sulduz - Salmasda baş vermiş soyqırımların nəinki bölgədə, dünyada analoqu yoxdur. Böyük Britaniya, Fransa və Rusiyadan dəstək alan ermənilər Urmiya gölü ətrafında "Kiçik Ermənistan dövləti" yaratmaq məqsədilə silahlı hərbi birləşmələr yaratmışdılar. Plana əsasən, Qərbi Azərbaycan torpaqlarında, Urmu gölünün ətrafında federativ erməni-assuri-kürd dövləti yaradılmalı idi. Bu dövlətin qurulmasında məqsəd Güney Azərbaycanı Türkiyə ilə birləşdirən ərazidə xristian tampon dövlət qurmaqla Anadolu-Azərbaycan Türklüyünü bir-birindən təcrid etmək idi. Qərbin xristian dairələrindən təlimat alan erməni və assurlar türklər yaşayan əraziləri ələ keçirmək, əhalini xristianlaşdırmaq məqsədi güdürdülər.

 

Qeyd edək ki, Urmu, Xoy, Salmas Güney Azərbaycanın qərbində yerləşdiyi üçün strateji əhəmiyyət daşıyırdılar. Erməni-assur federasiyası qurmaq istəyən qüvvələrin niyyəti bu əraziləri sonradan Ermənistana birləşdirmək və ərazidə böyük türk zolağının qarşısını kəsmək idi. Erməni və assurilər İngiltərə və Rusiyanın himayəsi ilə birinci dünya savaşında Osmanlı Türkiyəsinə qarşı savaşır, türklərin məğlub olması üçün Osmanlı dövlətinə arxadan zərbə vururdular.

 

Silahlı kürd dəstələrinə Smitko adlanan İsmayıl xan, ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq edirdi. Birlşəmiş koalisiyanın bütün hərəkət planları Qərbdə hazırlanmış, hətta silahlı quldur dəstələri belə Qərb missionerlərin dəstəyi ilə silahlandırılmışdı. Birləşmiş koalisiya qüvvələrin 30 minlik ordusunda rus və fransız zabitləri xidmət edirdi. Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam hadisələri 1918-ci ilin fevralından başlanmışdı.  Birləşmiş erməni-kürd və assuri dəstələri fevral-mart ayları boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə divan tutmuş, qarət etmiş, dinc əhalini qətlə yetirmişdilər. Dinc türk əhali yaşayan kəndlərə basqınlar edilir, qadın və uşaqlar, qocalar güllənir, qılıncdan keçirilir, xalq yerindən-yurdundan qaçaq salınırdı. Cilovluq faciəsinin zirvə nöqtəsi isə 1918-ci ilin martında Novruz bayramının axırıncı çərşənbəsində baş vermişdi.


Güneydə indi də qara çərşənbə kimi xatırlanan həmin müdhiş gündə Urmu əhalisi şəhərdə yerləşən karvansaraya dolduruldu və diri-diri yandırıldı. Cilovluq faciəsindən sonra qırğınlar bütün Urmu vilayətinin kəndlərini əhatə etdi. Birləşmiş koalisiyanın işini Naxçıvandan keçməklə Türkiyədən gələn erməni paşası Andronik asanlaşdırırdı. Yolu üstündəki türk kəndlərini amansızlıqla talayan, əhalini qıran Andronik Urmuda birləşmiş koalisiya ilə birləşmək istəyirdi. Lakin erməni-assur-kürd koalisiyası dağıldı. Kürd Smitko Ermənilərin xristian dövləti qurmaq planlarının olduğunu və müsəlman kürdlərin oyundan kənar qoyulmasını qəbul etməyərək koalisiyadan çıxdı və assurilərin başçısı Marşimonu qətlə yetirdi. Osmanlı ordusu Kazım Qara Bəkir Paşa komutanlığında “Kiçik Ermənistan” dövləti qurma planlarını darmadağın etdi. 1918-ci ilin martın sonu, aprelin əvvəllərində türklər Güney Azərbaycan ərazisinə daxil olur və soydaşlarımızın kütləvi qətliamına son qoyurlar. Türk əsgərləri erməni-assuri birləşmələrinin Urmu gölü vasitəsilə Təbrizə girmələrinin qarşısını alır, erməni quldurlarının qayıqlarını göldə batırırlar. Dağlara qaçan erməni quldurları 1919-cu ilin fevralına qədər kəndlərə enib türk əhalisinə divan tutmaqda davam edirlər.


İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib. Urmiyalı tarixçi Ayrumlu isə öldürülən, soyqırıma məruz qoyulan azərbaycanlıların sayının 300 min nəfər olduğunu yazır.

 

Lakin ermənilərin niyyəti baş tutmadı. Güney Azərbaycan türkləri Osmanlı ordularının yardımı ilə qərb torpaqlarında erməni-assuri qondarma dövlətinin yaranmasına imkan vermədilər.

 

Son olaraq onu qeyd edirik ki, XIX-XX əsr tarixinin bütün səhifələri Rusiya öndərliyində Anadoluda, Qafqazda, İranda, Türküstanda ermənilər tərəfindən həyata keçirilən Türk Soyqırımından bəhs edir. Ermənilər şərqdə ruslarla, cənubda isə ingilis və fransızlarla birləşərək Türk soyqırımı həyata keçirmişlər. Məhz buna görə də ermənilər soyqırıma məruz qalmış xalq yox, türklərə qarşı soyqırım törətmiş xalq kimi Türk Milləti qarşısında və tarix qarşısında cavab verəcəklər. Qisas qiyamətə qalmaz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını TƏBRİK EDİB

Bu gün Ramazan bayramıdır

Güclü külək fəsadlar yaradıb

 

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Gördüyü mənzərədən heyrətə düşdü – VİDEO

Bu dərman ölüm riskini artırır