"Bakı Tekstil Fabriki" deputatın xahişi ilə bu insanlara 3000 maska hədiyyə etdi

21:51 08-04-2020 | icon 820 | Sosial
"Bakı Tekstil Fabriki" deputatın xahişi ilə bu insanlara 3000 maska hədiyyə etdi

"Bu fabrikin açılışı cəmiyyətimiz üçün belə həssas məqamda olduqca önəmli hadisədir"

 

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışında iştirak etdikləri "Bakı Tekstil Fabriki" Tovuz rayonu 105 saylı seçki dairəsindən millət vəkili seçilmiş Qənirə Paşayevanın xahişi və təşəbbüsü ilə Tovuz rayonunda yaşayan şəhid ailələri, müharibə əlilləri, qazilər, tənha şəxslər, aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva millət vəkili seçildiyi Tovuz rayonu 105 saylı seçki dairəsi ilə bağlı müraciətinə belə çətin günlərdə həssaslıqla yanaşan "Bakı Tekstil Fabriki"nin rəhbərliyi və kollektivinə dərin təşəkkür edib və minnətdarlığını bildirib.

 

Qeyd edək ki, fabrikin istehsalı olan maskalar artıq Tovuz rayonuna göndərilib və artıq sakinlərə paylanılmaqdadır.

 

Qənirə Paşayeva bildirib ki, son zamanlar Prezident İlham Əliyevin karonavirusla bağlı mübarizədə atdığı zəruri addımları, eləcə də ölkəmizin maska təminatı ilə bağlı gördüyü işləri, "Bakı Tekstil Fabriki"nin açılışını etməsi cəmiyyətimiz üçün belə həssas məqamda olduqca önəmli hadisədir. Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür