"MƏN"İ MƏNƏ ANLATMA

10:53 10-04-2020 | icon 903 | Köşə
"MƏN"İ MƏNƏ ANLATMA

"REAL" ADI ŞAHİN OLAN DİLAVƏR KİŞİNİN OĞLUNA

İGİD TEYMURLU

 

"Dövlət niyə sənə pul verməlidir?"...

Bunu ŞAHİN AĞAYEV deyir. Onun "REAL" adı və soyadı belədir. Özü də el Ağsaqqallarından olan Dilavər Kişinin oğludur...

 

Şahin Ağayev, lütfən, demokratiya mantiyası altında zorlanan mənəviyyata göz yumub yalançı konservatorluqla məşğul olma!

Şahin Ağayev, lütfən, vətəndaşlıq eşqi pərdəsi altında Morozovsayağı satqınlığı özünün yaşam tərzinə çevirmə!..

 

Dövlət "mən"dən başlayır! Səni and verirəm rəhmətlik dədən Dilavər Kişinin Ruhuna, mənə "mən"i öyrətmə! Dərs verməyə çalışdığın vətəndaşlardan biri olaraq Azərbaycan mənə həm ata, həm ana, həm də baladır. Şahin Ağayev, bu yurdun azadlığı uğrunda qələm tutan barmaqlarını başqası yox, məhz sən özün özündənmüştəbeh açıqlamalarınla bir oxa çevirib öz gözünə soxursan!

Şahin Ağayev, sən mətbuatımızın Qoca Qurdu olaraq həm də bugünkü yemə çevrilmisən. Qurdun Döyüş Taktikasına istinad etsək, sənin yemə çevrilmən labüd və təqdirəlayiqdir. Çünki qoca qurdlar can fəda etməni həm də özləri sevərəkdən edirlər. Amma səni yemə çevirənlər o yemi hara gəldi və o yemin üstünə nə gəldi tökürlər. Və sən Fədaiyə deyil, sadəcə olaraq yemə çevrilmisən. Qurdlar belə ömür sürməz!..

 

Anlada bildinmi?..

Mən fərd olaraq öz millətimin partokratını Qərbin demokratından min dəfə artıq tutmuşam və tutacağam da. Özümə Ata, özümə Ana, özümə Bala sandığım Azərbaycanı da hər zaman erməniyə yambız oynadanların bəd fellərindən, Soso xarakterli düdüklərin Şaginyanlarla yandaşlıq edib hədyan danışmalarından qorumağa çalışmışam və yenə də bu mücadilənin ön sırasındayam. Amma sən Şahin zamanında "Qarabağ gündəlikləri" yazıb Xocalı soyqırımıyla bağlı hədyanlar danışanlara meydan verib onların çərənləmələrini tarixin səhifəsinə həkk etmisən. Günün birində belə əməllərinə görə gələcək nəsil sənin sümüklərini Oliver Kromvelin sümükləri kimi qəbirdən çıxarıb DAR ağacından asacaq. Bu aqibəti yaşamamaq üçün kor qəzəbin əsirinə çevrilmə!..

 

İllərdir ki, teleimkanından istifadə edib cəmiyyətə iyrənc, eybəcər kodekslər sırıyırsan. İndi də qolunu, qıçını Vətən yolunda qoyanlara, 190 manata ümidini bağlayıb qazanda yalxı su qaynadıb övladının başını aldadanlara koronavirusun müşayiətilə dövlətçilikdən dərs keçməyə çalışırsan..

Rəhmətlik dədən Dilavər Kişinin Ruhundan ayıbdır. Ayıbından utan...

 

Şahin Ağayev, rəhmətlik prezidentimiz Heydər Əliyev hər zaman vurğulayırdı ki, "BİZ NEFT KAPİTALINI İNSAN KAPİTALINA ÇEVİRMƏLİYİK". Elə indiki prezidentimiz cənab İlham Əliyev də hər zaman vurğulayır ki, "BİZİM ÜÇÜN HƏR ŞEYİN FÖVQÜNDƏ İNSAN KAPİTALI DURUR". Bax vətəndaş da Öndərlərin verdikləri sözə güvənir..

Dövlət ona görə vətəndaşa pul verib, ona sahib çıxmanın formatını ortaya qoymalıdır, anladınmı? Şahin Ağayev, bəs Sənin "MİR"ində bu deyimlərə münasibət necədir? SƏNİN "mir"inin bu konudakı naxışları yanlış olmasa DA, vurduğun rənglər, toxuduğun çeşnilər eybəcərdir, REALlıqla uyşmur...

 

O dövləti quran Azərbaycan İnsanıdır və cənab Prezident də Konstitusiyaya əl basıb and içəndə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Prezidenti olacağına söz verib. Həmd olsun Allaha, hələ ki, cənab Prezident də sözünə əməl etməkdədir. Günün birində inşəAllah Qarabağ problemini həll etməklə, torpaqlarımızı işğaldan azad etməklə, əsir soydaşlarımıza sahib çıxmaqla MİNİLLİYİN ADAMI da olacaq! Bəs sən nədən belə ritorika ilə dövlət-vətəndaş münasibətinə kölgə salır, dolayı yolla ictimai sferada qəzəb formalaşdırıb sosial narazılıq yaradırsan?..

 

Şahin Ağayev, sən son dövr Azərbaycan publisistikasında Bir İncisən, ancaq Birinci deyilsən, yerini bil!

DÖVLƏT mənim babam, mən də dövlət babamın balasıyam. İndi mən şikəstəm, indi mən acam, indi mən imkansızam deyə dövlət məndən imtina etməlidir!? Sən öz dədəndən, yaxud dədən səndən imtina edərmi? Sən Şahin nə zaman imkansız soydaşının qapısını döyüb gerçək halını Dövlət babaya ilətdin? Hansı ki, burnunuzdan piltə-piltə gəlsin, sənin kimi Bulqakovun şap-şapı daşımağı və gidişən yerini ƏLİYLƏ deyil, başıyla qaşıyanların konservatorluğuyla fəaliyyət göstərən televiziyalar birbaşa elə həmin vətəndaşlardan alınan pullar hesabına fəaliyyət göstərir. Bu mənada sizlərin canınız da çıxmalıdır ki, əsil Reallığı yuxarı instansiyalar qarşısında qaldırasınız. Etmisizmi? ETMƏMİSİNİZ, HƏLƏ BİR MİLLƏTƏ ƏDƏBAZCASINA DƏRS DƏ KEÇİRSİNİZ! SƏN Şahin zamanında əsil Reallığı söyləsəydin bugünkü gərgin situasiya yaranmazdı. AMMA həmd olsun Allaha ki, DÖVLƏT başçımızın atdığı qabaqlayıcl addımlar hələ ki, Azərbaycanımıza sarsıdıcı zərbənin dəyməsinin qarşısını ala bilib və inşəAllah alacaq da...

 

Səndə günah yoxdur. Günah sənin fakturandadır, Şahin Ağayev! TOYUĞİ BİR ANBAR BUĞDANIN İÇİNƏ BURAXSAN DA, EŞƏLƏNMƏYİNDƏN QALMAYACAQ...

Sənə də o boyda televiziya kanalı açmağa imkan verilib ki, millətçiliyimizin və dövlətçiliyimizin peşində olasan, Azərbaycan İnsanının gerçək durumundan xəbər yayasan....

AMMA VƏ LAKİN...Sən yenə də eşələnməyindəsən..

 

Sən döyüş anlamazsan. Sən "döyüş alnınıza yazılb" deyənlər kateqoriyasındansan. İllər uzunu rəhmətlik Çingizdən ağızdolusu danışıb rəhmətlik Seyidağa Mövsümlünün haqqını tanımayan, tapdalayan, yetişən nəslin erməniyə nifrət ruhunda böyüməsi üçün əsaslı iş görməyən Sizlərin "dövlət sənə niyə pul verməlidir?" deməniz üçün heç mənəvi haqqınız yoxdur! Ya özün ol, ya da REALlıqdan danışırsansa gerçəyi söylə....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili