Zirvə görüşü - İlham Əliyevin növbəti uğurlu taktiki gedişi

17:58 11-04-2020 | icon 458 | Siyasət
Zirvə görüşü - İlham Əliyevin növbəti uğurlu taktiki gedişi

Əlisahib Hüseynov: “Prezidentin belə bir təşəbbüslə çıxış etməsi tarixi hadisə sayıla bilər”

 

“Azərbaycan Prezidentinin belə bir təşəbbüslə çıxış etməsi tarixi hadisə sayıla bilər”.

 

Versus.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov  Azərbaycanın dünən növbəti dəfə möhtəşəm bir Zirvə görüşünə, Türk sammitinə ev sahibliyi etməsi ilə bağlı açıqlamasında bildirib.

 

Partiaya sədri bildirib ki, bu zirvə görüşünün onlayn  videokonfrans formatında keçirilməsi  müstəsna bir yenilik idi və Azərbaycan bununla daha bir ilkə imza atmış oldu:

 

“Azərbaycan Prezidenti və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən fövqəladə Zirvə görüşünün prioritet mövzusu hazırki qlobal böhran idi. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuşdu. Görüşün çox qısa bir zaman ərzində təşkil edilməsi, baş tutması xüsusi qeyd edilməlidir. Bunu Azərbaycan Prezidenti də öz çıxışının əvəlində məxsusi olaraq qeyd etdi. Bu təşəbbüsün irəli sürülməsindən cəmi bir neçə gün sonra Zirvə görüşünün təşkili onu göstərir ki, Türk Şurası həqiqətən də dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur və real güc mərkəzidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun da bu Zirvə görüşünə qoşulması görüşün önəmindən və mötəbərliyindən xəbər verir. Bu dəvət Azərbaycan Prezidentinin öz təşəbbüsü idi. D-r Tedros Adhanom Qebreyesusun bu təşəbbüsü müsbət cavablandırıb toplantıya qatılması sözügedən Zirvə görüşünün əhəmiyyətini, çəkisini bir qədər də artırmış oldu”.

 

DADP sədri ilk növbədə Prezident İlham Əliyevin  nəyə görə belə bir təşəbbüslə çıxış etməsi ilə bağlı məsələyə aydınlıq gətirdi.  Onun firkincə, bu doğrudan da fövqəladə əhəmiyyətə malik olan fövqəladə Zirvə görüşü idi:

“Dünyanı və o cümlədən türkdilli ölkələri də cənginə alan koronavirus pandemiyasına qarşı mübarizənin qızğın çağında Azərbaycan Prezidentinin belə bir təşəbbüslə çıxış etməsi tarixi hadisə sayıla bilər.Bu təşəbbüsün əsas məqsədi ondan ibarətdir ki, koronavirusla mübarizə ayrıca götürülmüş bu və ya digər ölkənin təkbaşına görəcəyi iş deyil və bu heç mümkün də deyil. Koronavirus qlobal bəladır və bu bəlaya qarşı yalnız birlikdə mübarizə aparılarsa, o zaman hansısa müsbət nəticələrdən danışmaq olar. Bununçün də ilk növbədə bütün səylər və imkanlar, resurslar birləşdirilməlidir, koordinasiya olunmalıdır. Ayrı-ayrı dövlətlərin son üç ay ərzində bu sahədə topladığı təcrübələri birləşdirib daha səmərəli və daha mükəmməl mübarizə metodlarından istifadə edilməsinin tam zamanıdır. Həmçinin, Azərbaycanın da sözügedən pandemiya ilə mübarizə sahəsində olduqca müsbət təcrübəsi var və Azərbaycan bu təcrübəni digər dövlətlərlə bölüşməyə hazırdır. Dövlətimizin başçısı da Türk Şurasının üzvlərinə və bütövlükdə dünyaya məhz bu mesajları vermək istəyirdi. Bu mənada dünənki Zirvə görüşü həm də mübadilə görüşü idi. Bu görüşdə Türk Şurasına üzv olan dövlətlərin və ÜST-ün koronavirus pandemiyasına qarşı mübarizə sahəsində topladqları təcrübələrin və bundan sonra bu istiqamətdə görüləcək işlərin, ideyaların mübadiləsi aparıldı. Bu mənada Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən bu Zirvə toplantısını dünya birliyinin koronavirusa qarşı ümumi mübarizəsinə ölkəmizin böyük bir töhfəsi də hesab etmək olar”.

 

Ə.Hüseynov hesab edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ekstren qaydada keçirilən bu Zirvə toplantısı başqa bir kontekstdən də olduqca əhəmiyyətlidir:

“Söhbət türk cümhuriyyətlərinin dövlət və hökumət başçılarının bu və ya digər fövqəladə hallar baş verdiyi təqdirdə, istənilən anda bir araya gəlmək iradəsinə malik olmalarından və bu qardaş ölkələr arasında sözün əsl mənasında birlik, həmrəylik münasibətlərinin mövcudluğundan gedir. Bu Zirvə toplantısı bir həqiqəti də açıq şəkildə göstərdi ki, Türk dövlətləri bu kritik məqamda həqiqətən də özünəqapanıq deyil və xalqlarımız arasında qan birliyi, genetik birlik mövcud olduğu kimi ölkələrimiz arasında da mənəvi-siyasi birlik, mədəni birlik, iqtisadi birlik mövcuddur. Ona görə də koronavirus pandemiyası ilə mübarizədə bir çox ölkələrlə müqayisədə Türk Şurası üzvləri daha üstün imkanlara malikdir və daha avantajlıdırlar. Bütövlükdə isə bu Zirvə görüşünü İlham Əliyevin növbəti uğurlu taktiki gedişlərindən biri saymaq olar”. /baxar.az/

 

G.Nəcəfli
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili