AXCP üzvünün həbsinə aydınlıq gətirilib

20:51 14-04-2020 | icon 396 | Hadisə
AXCP üzvünün həbsinə aydınlıq gətirilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP üzvü Baba Süleymanovun qanunsuz həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

 

Versus.Az DİN-in Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, burada qanunsuz həbs barədə səslənən iddialar tamamilə əsassızdır və qərəzdən irəli gələn bir dezinformasiyadır:

“Bakı şəhər sakini Süleymanov Baba tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb, barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub.

Yeri gəlmişkən qeyd edək ki, xüsusi karantin rejimini pozduqlarına görə təkcə mart ayı ərzində 160 nəfərdən çox şəxs inzibati qaydada həbs edilib. AXCP üzvünün qanunsuz həbs edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabədir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür